Şrift:
Bu gün Azərbaycanın 132 hərbi qulluqçusuna mənzillərin sənədləri təqdim edilib
12.04.2013 [14:09] - Gündəm, Hərb
Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci ildə imzalanmış fərmanına uyğun olaraq bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 132 hərbi qulluqçuya mənzillərin sənədləri təqdim edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Eldar Sabiroğlunun verdiyi məlumata görə, bundan əvvəl 20 il və daha çox qüsursuz xidmətlərinə görə 50 hərbi qulluqçu da Prezidentin qayğısı sayəsində yeni və təmirli mənzillərlə təmin olunmuşdu.

Müdafiə Nazirliyinin rəhbərliyi bu qayğını və diqqəti ordu quruculuğu sahəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxsaylı mühüm işlərin önəmli nəticəsi kimi qiymətləndirir və buna görə dövlət başçısına öz dərin təşəkkürünü bildirir. Prezidentin məlum fərmanında göstərildiyi kimi, hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına, mənzil-məişət problemlərinin həll edilməsinə böyük təkan verir.

132 ailənin sevincinə səbəb olan bugünkü tədbir hərbi qulluqçularımızın həyatında əlamətdar hadisə kimi qalacaq.
Tədbirdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını çatdırmaqla yanaşı mənzil alan hərbi qulluqçulara ailə səadəti, xoşbəxtlik arzulayıblar.
Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed