12.04.2013 [14:23] - Siyasət, DAVAMın yazıları
Hakimiyyət dəyişikliyi nəticəsində hərbi təfəkkürlü kadrlar irəli çəkilir
Rusiya prezidenti Vladimir Putin qatı mühafizəkar çevrələri hakimiyyətin olimpinə gətirmək üçün Quzey Qafqazda həmin təcrübəni tətbiq etməyə başlayıb. Məhz bu yolla dövlət totalitarizminin dayaqlarını gücləndirməyə çalışılır. Çeçenistanda Ramzan Qədirov, İnquşetiyada Yunusbəy Evkurov, Kabarda-Balkarda Arsen Kanokov, Quzey Osetiyada Taymuraz Mamsurov kimi maliyyə və hərbi inzibati siyasətini tək əldə cəmləşdirməyi bacaran kadrların vasitəsilə bölgənin Rusiyanın nəzarətində saxlanılması strategiyası Kremlin hədəflərindən birinə çevrilmişdir. Modernləşmə və humanitar siyasəti müdafiə edən Məhəmmədsalam Məhəmmədov isə Dağıstanın prezidenti kürsüsündən uzaqlaşdırılmış, onun yerinə Kremlin iradəsi olaraq Ramazan Abdulatipov təyin edilmişdir. Abdulatipov öncələrdən fərqli olaraq, bölgəni 1950-ci illərdə dəbdə olan “avarizm” xəstəliyini yenidən canlandırmağa başlamışdır. Yəni Dağıstanın “Avarıstan”a çevrilməsi modelinin rəsmi xarakter alması müşahidə olunmaqdadır. Belə bir durumu qəbul etməyən digər etnoslar savaşa ya qalxmalı, ya da mövcud şəraitlə barışmağa məcbur edilməlidir.
Üfüqi siyasətdən şaquli idarəetməyə keçid 1991-ci ildən Dağıstanı idarə edən dargin klanı bölgədə dominant rola malik toplumları uzlaşdırmaq strategiyası əsasında fəaliyyət göstərirdisə, Muxu Əliyevin 2006-2010-cu illərdə hakimiyyətdə olduğu dönəmdə “avarizm” xəstəliyi sanki Kreml tərəfindən bir növ sınaqdan keçirildi. Keçmiş partokratiya nomenklaturasının nümayəndəsi kimi Əliyev yaşına və yeni standartlara görə bu missiyanın öhdəsindən gələ bilmədi.
Milliyyətcə dargin olan prezident Məhəmmədsalam Məhəmmədov isə bölgədə modernləşmə və humanitar siyasətə dayanıqlı olaraq, Dağıstanda iqtisadi islahatların aparılması, daxili və xarici investorların bölgəyə cəlb edilməsi, yeni istehsal vasitələrinin yaradılması və turklaster şəbəkəsinin inkişafı üçün təşəbbüslər irəli sürmüşdü. Üfüqi siyasətdə belə bir taktikaya önəm verməklə müxtəlif xalqlar bu prosesdə uzlaşmış şəkildə iştirak edirdilər. 2013-cü ilin başlanğıcında gözlənilmədən 1950-ci illərdə Moskvadan Dağıstana yönəlik ortaya atılmış “avarizm” siyasəti yenidən gündəmə gətirildi. Beləliklə “tsez”, “andi” və “ando-tsez” etnosiyasi doktrinasına önəm verilməyə başlanıldı. Kreml iddia edir ki, bu taktika ilə bölgədəki xaosun aradan qaldırılması, Çarlıq Rusiyası dönəmindən mövcud olan ənənəvi Qafqaz siyasətində hansı toplumların passionarlıq təşkil edə biləcəyi vacib şərtlərdən biridir. Digər yandan isə həmin qüvvənin sayəsində Azərbaycanda “car” və Gürcüstanda isə “kvarel” etnosiyasətinə də dəstək verilməlidir. Ötən 15 ildə dolayı yolla qızışdırılan dini radikalizm (sələfi-vəhhabi) özünün geniş spektrini yarada bilmədiyi üçün bu dəfə etnobölücülük təsir vasitələrinin infrastrukturlarının yaradılması bir hədəf olaraq görülür. Bunun üçün də 1950-ci illərdə sınaqdan çıxarılmış taktikanın yeni məzmun və xarakter daşıması hədəf olaraq görülür. Abdulatipovun Dağıstanda peyda etməsi elə bu siyasətin astar üzü deməkdir. Daxili siyasətdə isə digər toplumları “avarizm” xəstəliyinin ağır şərtləri altında yaşamağa məcbur edilməsi müşahidə olunmaqdadır. Beləliklə üfuqi siyasətdən şaquli idarəetməyə keçid mərhələsinə başlanılmışdır. Bunu Abdulatipovun son çıxışlarında belə müşahidə etmək mümkündür. Putin 1999-cu il avqustun sonunda Çeçen-İçkeriyanı süquta uğratmaq üçün məhz bu taktikadan istifadə etmişdi. O zaman avarlara məxsus olan bütün kriminal şəbəkələr, etnoklan stukturlar Rusiyaya məxsus hərbi birləşmələrdən daha fəal şəkildə iştirak etdilər. Abdulatipov da belə bir məqsədlə paytaxt İnciqalaya (Maxçqala) gəldiyini heç də gizlətmir.
“Avarizm” doktrinası və Dağıstan
1950-ci illərdə Dağıstan və Quzey Qafqazda qədim tarixi köklərə malik olan türk etno mədəni yaşam tərzinin tədricən aradan çıxarılması, yerli toplumların ruslaşdırılması və ya süni şəkildə “nax”, “iber”, “nart” dil ailəsi adı altında yeni etnosların formalaşdırılması irəli sürüldü. Dağıstanda bu yöndə əsasən “nart” və “tsez” doktrinasına önəm verildi. Didoy, ginux, xunzib, bejti, xvarşi, andi, axvax, baqulal, botlix, qodoberi, arçi, çamalal, karati, tindal kimi fərqli toplumları vahid etnosda birləşdirmək üçün Avar Koysu, Andi Koysu və Kara Koysu (sonradan adı dəyişdirilmiş və Çer Or qoyulmuşdur) çaylarının vadiləri çevrəsində ortaq etnomədəni siyasət aparıldı. Bunun ardınca isə Axvax, Bejti, Botlix, Gergebil, Hümbət,. Qunib, Kazbek, Tlyarat, Untsukul, Xunzax, Tsumadi, Tsunti, Çarodi və Şamil rayonları təsis edildi. Halbuki, bu bölgələrin coğrafi baxımdan nə relyef, nə də landştaf şəklində sosial-iqtisadi inkişafa görə heç bir əhəmiyyəti yox idi. Həmin toplumların öz dilində tədrisi, mədəni təsisatları tamamilə avar dilində icra olunmağa başladı. Bunun ardınca isə Dağıstan hakimiyyətində “avarizm” siyasətinin tərkib hissəsi kimi məmur elitasının formalaşması prosesi baş verdi. Bölgədə yaşayan bütün toplumlar arasında ənənəvi şəkildə uzalşma dili olan Azərbaycan, kumuk və noqay türkcəsi isə tamamilə sıxışdırılıb çıxarıldı. Beləliklə Dağıstan ya “ruslaşdırılmalı”, ya da “avarizm”in bataqlığına yuvarlandırılmalı strateji hədəfləri rəsmi xarakter daşımağa başldı. Keçmiş SSRİ bir dövlət olaraq süquta uğradıqdan sonra, Dağıstanda avar, dargin, ləzgi, lak, rutul, tsaxur, aqul və digər toplumlar 18-19-cu yüzilliklərdəki kimi karvanları soymaq, zənginlərin əmlakını talamaq və digər xarakterik xüsusiyyətləri “reketçilik” adı altında köhnə ənənələrinə qayıtmağa başladılar. 1991-1999-cu illər aralığında Dağıstanda kimin gücü var idisə öz çevrəsində reket dəstələri yaradaraq “qara bazar” siyasətini aparırdı. Məhz bu dönəmdə Hacı Maxaçev, Seyidpaşa Umaxanov, Həmzət Həmzətov, Adəm Əmirəliyev və digərləri qeyri rəsmi şəkildə hətta öz silahlı qüvvələrini belə yaratmışdılar. İndiki məqamda isə avarlar yeni taktika irəli sürülmüşdür. Onlar bank, əmlak və digər strateji gəlir sahələrini nəzarətə almışlar. Buraya Əbusupyan Xarxarov, Məhəmməd Hacıyev, Səid Murtazəliyev, İlyas Umaxanov, Qitinməhəmməd Hacıməhəmmədov, Amuçi Amutdinov, Məhəmməd Məhəmmədov, Seyidhüseyn Məhəmmədov, Məhəmməd Abdullaev və digərlərinin adlarını çəkmək olar. Abdulatipovun prezident kürsüsünə Moskvanın xeyir-duası ilə təyin olunmasının səbəbi bölgədə hakimiyyət, biznes, əmlak, maliyyə sektorunda avarların dominantlıq təşkil etməsi hədəfinin uzantısı deməkdir. Abdulatipov eyni zamanda “avarizm” siyasətinin çevrəsində digər etnosların sadəcə iştirakçı qismində güzəştli paya sahib olmalarının modelini isə açıq şəkildə belə ifadə etmişdir: “Kim istəyirsə, normal fəaliyyət göstərə bilsin, simiclik göstərməməlidir”. Hal-hazırda Dağıstanda Abdulatipovun bu açıqlaması xüsusi müzakirə mövzusuna çevrilmişdir. Çoxları bunu dolayı yolla deyil, korrupsiya və rüşvətxorluğun bir pəncərə sisteminə keçid taktikası ilə birbaşa “avarizm”ə xidmət strategiyası əsasında formalaşma proseslərinə kim qulluq edəcəksə, onun üçün bütün qapıların açıq olması məntiqinin irəli sürülməsi kimi qəbul etməyə başlamışdır. Belə bir yaşam tərzini qəbul etməyənlər isə bölgəni tərk etmək zorunda qalmışlar.
Abdulatipovun “qara siyahısı”
İxtisasca feldşer olan Ramazan Abdulatipov hakimiyyətin yüksək olimpinə qalxmaq üçün sonralar fəlsəfə üzrə doktorluq müdafiə etmiş, kulturologiya, diplomatiya, üzrə ixtisaslaşmışdır. 1946-cı ildə anadan olmuş Abdulatipov Tlyatar rayonunun Tsümilyux kəndində 1963-1966-cı illərdə hətta feldşer-akuşer vəzifəsində çalışmışdır. Sonralar komsomol, partiya sırlarında çalışmışdır. Ötən yüzilin 70-ci illərində isə elmi kommunizm üzrə təbliğatçı kimi Murmansk vilayətində fəaliyyət göstərmişdir. Sovetlər Birliyi dağılmamışdan öncə Sov İKP MK yanında milli münasibətlər şöbəsində müşavir olaraq çalışmışdır. 1993-cü ildə RSFSR Ali Sovetinə deputat seçilməklə onun siyasi karyerası sürətlə inkişaf etmişdir. Rusiya-Ərəb Ölkələri Parlamentlərarası Münasibətlər Birliyinin rəhbəri olmuşdur. Məhz bu dönəmdə Rusiyada stalinizm siyasətinin qatı tərəfdarı olan Yevgeni Primakovla isti münasibətlər qura bilmişdir. Primakovun dəstəyi ilə Abdulatipov Rusiyanın Qafqaz siyasətində perspektivli kadr kimi daim irəli çəkilmişdir. 1999-cu ildə Primakovla birgə istefaya getməklə kölgəyə çəkilsələr də, Rusiyada stalinist siyasətin modernləşməsi üzrə yeni texnologiyalar üzərində çalışmışlar. Bu taktika ilə demək olar ki, Rusiya Federasiyasının suveren hüquqları olan subyektlərin, yəni milli respublikaların və vilayətlərin statuslarının ləğv edilməsi, qubernatorların və prezidentlərin seçki yolu ilə deyil, Rusiya prezidenti tərəfindən inzibati amirlik üsulu ilə təyin olunmasının hüquqi cəhətdən tənzimlənməsi modellərini hazırladılar. Beləliklə Rusiyada 2000-ci ildə keçmiş KQB albayı Vladimir Putinin prezident seçilməsi ilə ölkədə Boris Yeltsin dönəmində inkişaf edən demokratiya və demokratik təsisatlar addım-addım dəfn olunmağa başladı. 2009-2011-ci illərdə Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektor işlədiyi dönəmdə tələbə və müəllim heyəti Abdulatipovun despotizminə qarşı dəfələrlə üsyan etmişlər.
28 yanvar 2013-cü ildə Putinin təşəbbüsü ilə Abdulatipov Dağıstanın prezidenti təyin olunmuşdur. Elə həmin gündən Abdulatipov Dağıstanda hakimiyyətdə gəncləşdirmə adı altında stalinist siyasətinə başlamışdır. Əslində bölgənin etnomafioyalar və klanlar üzrə deyil, birbaşa özünə tabeçilik formasında idarəetməni daha qəddar üsullara söykənən texnologiyaları tətbiq etməyə başlamışdır. İndi bölgədə buna “qara siyahı” strategiyası adı verilmişdir. Bu yöndə təbliğatların aparılması üçün şəbəkələr belə yaradılmışdır. Siyasi müşahidəçilərin fikrincə Çeçenistanda Ramzan Qədirovun inzibati amirlik metodunun Dağıstana tətbiq olunması, bunun ardınca radikal islam, kütləvi şəkildə müşahidə olunan terrorizm, etnomafiyalar və klanlar tərəfindən idarə olunan siyasətin guya qarşısı ancaq bu metodla alına bilər qənaətinin yaradılması üzdə effektiv görünsə də, monoetnik xarakter daşıyan Çeçenistandan fərqli olaraq, Dağıstanda belə bir siyasətin prosesə çevrilməsi heç də uğurlu olmayacaq. Çünki, Abdulatipov bölgənin sosial-iqtisadi həyat tərzinin inkişaf etməsi yollarını irəli sürməyi belə ağlına gətirməmişdir. Onun komandasında təmsil olunanlar isə inzibati amirlik düşüncəsi ilə hərəkət etməyin tərəfdarıdırlar. Primakovun ötən il hazırlamış olduğu “Rusiyanın yeni milli inkişaf konsepsiyası” artıq Putin tərəfindən kadr siyasətində tətbiq olunmağa tətbiq olunmağa başlamışdır. Abdulatipovun yer aldığı bu siyasət Rusiyanın Azərbaycan və Gürcüstana qarşı strateji hədəflərinə uzanan yeni aqressiya texnologiyası deməkdir.
Ənvər BÖRÜSOY,
Bakı-İnciqala-Bakı

Bu xəbər oxucular tərəfindən 1708 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |