Şrift:
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
09.11.2011 [15:13] - Gündəm
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramı ilə bağlı hesabatı açıqlamasından sonra ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Yeni sanksiyaların İran bankları və aparıcı şirkətlərinə qarşı tətbiq olunacağı ehtimal olunur.

Xatırladaq ki, AEBA-nın hesabatında Tehranın 2003-cü ilə qədər nüvə silahın istehsalı istiqamətində sanaq işləri aradığı bildirilir.

İran isə AEBA-nın iddialarını uydurma və əsassız adlandırıb. İran atom silahı proqramı üzərində işlədiyini rədd edərək, nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 971 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed