Şrift:
ABŞ-ın sanksiya tətbiq etdiyi məmurlar arasında bakılı var
13.04.2013 [12:33] - Xəbərlər
Ağ Ev 18 nəfərin Birləşmiş Ştatlara girişinə qadağa qoydu

Bir qədər əvvəl ABŞ-ın sanksiya tətbiq etdiyi rusiyalı məmurların siyahısı (“Maqnitski siyahısı”) açıqlanıb.ABŞ-ın Maliyyə Nazirliyinin saytında yerləşdirilən siyahıda yer alan 18 nəfərin Birləşmiş Ştatlara girişinə qadağa qoyulub. Siyahıda yüksək rütbəli məmur yoxdur. Büdcə vəsaitlərinin mənimsənilməsi cinayət sxeminin iştirakçılarından ibarət “Maqtinski siyahısı”əsasən müstəntiq, hakim və ədliyyə işçilərini əhatə edir.

Siyahı açıqlanmazdan bir qədər əvvəl Frans Press agentliyi öz mənbələrinə istinadən məlumat yaymışdı ki, siyahıda rusiyalılarla yanaşı, Ukrayna, Azərbaycan və Özbəkistan vətəndaşları da var. Lakin siyahı açıqlanandan sonra məlum oldu ki, söhbət onların vətəndaşlığından yox, harada anadan olmasından gedir. Məsələn, siyahıda adı olan müstəntiq Artyom Kuznetsov Bakıda anadan olub, sonradan Rusiyaya köçüb və hazırda Rusiya vətəndaşıdır. O, “Maqnitski işi”ni aparan istintaqçılardan biridir.
Bu xəbər oxucular tərəfindən 672 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed