13.04.2013 [14:35] - Gündəm, İqtisadiyyat
İrlandiya və Portuqaliyaya verilmiş kreditin ödənilmə müddəti daha 7 il uzadılacaq
Avropa Birliyinə üzv ölkələrin maliyyə nazirlərinin İrlandiya görüşünün ilk günü Portuqaliya və İrlandiya üçün müsbət nəticələrlə başa çatıb. Paytaxt Dublində keçirilən görüşdə Avropa Birliyinin maliyyə və iqtisadiyyat nazirləri İrlandiya və Portuqaliyaya verilmiş kreditin ödənilmə müddətinin daha 7 il uzadılmasına qərar verib.
Bunu toplantıya ev sahibliyi edən İrlandiya iqtisadiyyat naziri Maykl Nunan keçirdiyi mətbuat konfransında açıqlayıb və bu qərarı müsbət irəliləyiş kimi qiymətləndirib. Avropa Komissiyasının iqtisadi və maliyyə işləri üzrə ali komissarı Olli Reyn isə bildirib ki, kredit müddətlərinin uzadılması İrlandiya və Portuqaliya üçün Avropa bazarına davamlı qayıdış istiqamətində önəmli bir addımdır.
Qeyd edək ki, son illərdə Portuqaliya, İrlandiya, Kipr kimi ölkələr Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan milyardlarla avro həcmində kredit alıblar. Bu gün Dublin görüşünün ikinci günündə Sloveniyaya da kredit ayrılması məsələsi gündəmdə olacaq.

Bu xəbər oxucular tərəfindən 1176 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |