Şrift:
Traxtur-Əlşəbab müsabiqəsində tutuqlanan 65 nəfər sərbəst buraxılıb
15.04.2013 [10:56] - Güney Azərbaycan xəbərləri
Aprelin 10-da Təbrizin səhənd stadionunda “Traxtur” futbol takımı ilə Səudiyyə Ərəbistanının “Əlşəbab” takımı qarşılaşdı.

Məlumata görə, futbol tamaşaçılarından 65 nəfər İranın təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanmışdır.Onlardan yalnız Abdullah Nuri və Əli Həmzəpurun adlarını dəqiqləşdirmək mümkün olub. Artıq tutuqlu soydaşlarımız azadlığa buraxılıblar. Bununla belə, onlardan aprelin 15-də ifadə vermək üçün Təbriz Şəhər Prokurorluğuna (dadistani) müraciət etmələri istənilib.

Qeyd edək ki, Asiya çempionlar liqasının qrup oyunları çərçivəsində keçirilən müsabiqədə yenədə soydaşlarımız çoxlu milli şüarlar səsləndirib və Azərbaycanın üçrəngli bayrağını qaldırmışdılar.
Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed