Şrift:
Bakıda beynəlxalq turnirdə 10 ölkənin güləşçiləri mübarizə aparacaq
15.04.2013 [12:14] - Gündəm, İdman
Aprelin 18-21-də Bakıda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.

Federasiyadan bildiriblər ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxstan, Özbəkistan, Gürcüstan, Tacikistan, Almaniya, Ukrayna və Qırğızıstan güləşçiləri iştirak edəcək.

Turnirin proqramına əsasən, aprelin 18-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 19-da yunan-Roma güləşi üzrə gənclər, 20-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 21-də isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.

Qalib və mükfatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.
Bu xəbər oxucular tərəfindən 1026 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed