Şrift:
“Qaragilə” Azərbaycan xalqı səninlə daim fəxr edir
15.04.2013 [12:58] - Xəbərlər, Mədəniyyət, DAVAMın yazıları
(Anadan olmasının 50 ili, ölümünün 30 ili və anım gününün 80 ili münasibətilə)

Xoşgirani (Muradova) Rübabə Xəlil qızı 1933-cü ilin mart ayının 22-də Şah İsmayıl Xətayinin vətəni Ərdəbil şəhərində anadan olmuşdur. O, ibtidai təhsilini Ərdəbil şəhərində almışdır.
Xəlilin evində radio var idi. Rübabə radio vasitəsil ilə Bakıdan Bülbülün, Xan Şuşinskinin mahnılarına qulaq asırdı. Rübabə arzu edirdi ki, kaş nəvaxtsa o da radioda oxuya bilərdi.
1946-cı ilin Azər (dekabr) ayının 12-də S.C. Pişəvərinin rəhbərliyi ilə yaranmış Milli Hökümət amerika-ingilis imperialistləri köməkliyi ilə şah qoşunu tərəfindən qan içərisində boğuldu. Başda ölməz lider, baş nazir S.C.Pişəvəri olmaqla inqilabçı fədailər, zabitlər, generallar və nazirlər 1 ay müddətinə qüvvə toplayıb geri qayıdıb mübarizə aparmaq üçün quzeyə-şimali Azərbaycana, qan qardaşlarına pənah gətirdilər.
Həmin inqilabçı fədailərdən biri də Xəlil idi. O, ailəsi ilə birlikdə Şəmkirdə, sonralar isə Salyanda məskunlaşdılar.
Rübabə xanım mədəniyyət evlərində, konsert salonlarında yanıqlı, gözəl səsi ilə müxtəlif xalq mahnısı təsnif, muğamlar ifa edərək xalqın rəğbətini qazanırdı. O, Qulu Əskərovun rəhbərlik etdiyi Salyan mədəniyyət evində çalışırdı.
Azərbaycan Böyük Dövlət Dram Teatrının artistləri Salyana qastrol səfərinə tamaşa verməyə gəlmişdilər. Səməd Vurğunun “Vaqif” dramında Xuraman rolunu ifa edən aktrisa xəstələndiyi üçün iştirak edə bilməmişdi. O zaman Xuraman rolunu Rübabə xanım çox gözəl ifa etmiş, bir-iki dəfə də muğam ifa edib. Tamaşanın sonunda mərhum aktyor Ələsgər Ələsgərov Rübabə xanımın alnından öpüb demişdi: “Afərin qızım səndən gözəl aktrisa və müğənni olacaq”.
Xoşgirani (Muradova) Rübabə 1954-cü ildən Azərbaycan Opera və Balet Teatrının solisti idi. O, Ü. Hacıbəyovun “Leyli və Məcnun”da Leyli, “Əsli və Kərəm”də Əli, “Şah İsmayıl”da Ərəbzəngi, M. Moqamayevin “Aşıq Qərib”ində Şahsənəm, Ş. Axundovanın “Gəlin Qayası”ndə Sənəm və s. operalarda gözəl ifası və rollarla yadlarda qalmışdır.
1955-ci ildə Asəf Zeynallı adına muğam məktəbində Seyid Şuşinskinin sinfini bitirmişdir.
O, muğam, təsnif və xalq mahnıları ifaçısı kimi də məşhurdur və güclü, təsirli və müxtəlif çalarlı səsə, orjinal ifaçılıq üslubuna malikdir.
Rübabə Muradova Xəlil qızı 1971-ci ildə Azərbaycan SSR Xalq Artisti adına layiq görülmüşdür, eyni zamanda “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.
Anar “Qara Gilə” hekayəsini Rübabə Muradovaya həsr etmişdir.
Rübabə orjinal ifaçılıq üslubunda həsrətli Araz, doğma ana Vətən həsrəti Şəhriyarın “Heydər babaya salam” poemasından, ayrılıq və digər mahnıları əbədi olaraq Azərbaycan xalqının zəka və qəlblərində qızıl hərflərlə həkk olunmuşdur.
1979-cu ildə Azərbaycan Elmlər Akademiyasında keçirilən iclasın bədii hissəsində Xoşgirani (Muradova) Rübabə yaş axa-axa Cənub, Təbriz mahnılarını ifa etdi, özü də ağladı və zalda əyləşən İranlı, Cənubi Azərbaycanlı müacirləri də ağlatdı.
Rübabə xanım 1983-cü ilin iyul ayında televiziyada son dəfə çıxış etdi. Heç kəs bilmirdi ki, bu çıxış Rübabə Muradovanın son çıxışı olacaq. 1989-cu ilin avqust ayının 23-də Rübabə xanım qızı Şahnaz gildə idi. Qızı, kürəkəni və nəvələri bilmirdilər ki, bugün Rübabə xanımın son günüdür. Səhər 5:30 dəqiqədə Rübabə xanımın vəziyyəti ağırlaşdı. Şahnaz təcili tibbi yardım çağırdı. Həkimin Rübabə xanımın qoluna vurduğu iynənin nöqtəsi Xoşgirani (Muradova) Rübabə Xəlil qızının 50 yaşında son nöqtəsi oldu. O vaxtdan, ölümündən 30 il keçir. Rübabə xanım qəlbində Araz, doğma ana Vətən və Təbriz həsrəti ilə gözünü yumub, əbədiyyətə qovuşdu. Rübabə xanım, 2013-cü ildə sənin anadan olmağının 50 ili, ölümünün 30 ili, sənin anımının “80” illiyi qeyd olunur.
Rübabə xanım Allah sənə qəni-qəni rəhmət eləsin!
Qəbrin nurla dolsun!
“Qara Gilə” Azərbaycan xalqı səninlə daim fəxr edir və edəcəkdir.


Gəncə şəhəri, İranlı Müacirlər
Cəmiyyətinin sədri
Əli Dəsti
Bu xəbər oxucular tərəfindən 1141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed