Şrift:
İran bu il qərar qəbul etməlidir
15.04.2013 [13:40] - Güney Azərbaycan xəbərləri
Aprelin 11-də “Böyük səkkizlər”in toplantısında çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Qərbin İranla apardığı nüvə danışıqlarına toxunub.

Qərbin İranla apardığı nüvə danışıqlarının ümidsizliyə səbəb olduğunu vurğulayan Uilyam Heyq deyib ki, Tehranla aparılan danışıqlar əbədi ola bilməz: “Almatı danışıqlarında hər hansı inkişafın olmaması İranın tutduğu mövqeyə görədir. İran bu il qərar qəbul etməlidir ki, Qərblə ciddi müzakirələrin tərəfdarıdır, yoxsa yox.

Hesab edirəm ki, Tehranla danışıqların gələcəyini aydınlaşdırmaq üçün İrandakı prezident seçkisinə qədər dözmək lazımdır. Məhz iyun (june) seçkisindən sonra Avropa Birliyi, ABŞ (Amerika Birləşmiş Ştatları), Rusiya və Çin İranın Qərblə həqiqətən ciddi müzakirələr aparmaq istəyib-istəmədiyini biləcəklər”.

Aprelin 5-i və 6-da Qazaxıstanın Almatı şəhərində İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında keçirilən iki günlük nüvə danışıqları nəticəsiz qalıb.
Bu xəbər oxucular tərəfindən 819 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed