Şrift:
Üç ölkənin xarici işlər nazirləri arasında görüş keçiriləcək
15.04.2013 [14:06] - Xəbərlər
Yaxın günlərdə İran, Türkiyə və Azərbaycan xarici işlər nazirləri arasında növbəti üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.


Bu barədə İran xarici işlər naziri Əli Əkbər Salehi türkiyəli həmkarı Əhməd Davudoğlu arasında telefon danışığı zamanı bildirilib. Görüşün Türkiyənin Ərzurum şəhərində keçiriləcəyi qeyd olunsa da, ancaq tarixi haqda məlumat verilməyib. Bu görüşün 2012-ci il noyabrın 28-də keçirilməsi planlaşdırılsa da, ancaq müəyyən səbəblərdən təxirə salınıb.

Qeyd edək ki, bu formatda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib.
Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed