16.04.2013 [10:44] - Güney Azərbaycan xəbərləri
İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi qarşıdan gələn prezident seçkisindən danışıb.
Aprelin 14-də Tehranın Tibb Universitetində çıxış edən Yəhya Rəhim Səfəvi deyib ki, bəzi qruplar seçki prosesinə xələl gətirməyə çalışsalar, onlarla çox sərt davranılacaq. O, hər hansı şəxsin və ya qrupun adını çəkmədən vurğulayıb: “Əks-inqilabçı, azğın qruplar istər seçkidən əvvəl, istərsə də seçkidən sonra Tehranda və ya digər şəhərlərdə iğtişaş, fitnə törətmək istəsələr İran xalqı var gücü ilə onların qarşısını alacaq”.
Yəhya Rəhim Səfəvi ölkənin hərbi və təhlükəsizlik qurumlarını seçki zamanı baş verə biləcək hər hansı olayın qarşısını almaq üçün indidən tədbir görməyə çağırıb.
İranda prezident seçkisi bu ilin iyununda keçiriləcək.

Bu xəbər oxucular tərəfindən 588 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |