Şrift:
Baş Prokurorluqdan Lənkərandakı əməliyyatla bağlı açıqlama
16.04.2013 [12:44] - Gündəm, Hüquq
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lənkəran Dövlət Universitetində əməliyyat keçirib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, aprelin 15-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayev şübhəli şəxs qismində tutulub.

Sultanovun sözlərinə görə, fakt üzrə cinayət işi başlanıb, təfərrüatlarla bağlı tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, bu gün LDU-nun rektoru Asəf Isgəndərovun köməkçisi, universitetdə Tərbiyə və tədris işləri üzrə prorektor olan Qorxmaz Ağayev həbs olunub. Qorxmaz Ağayev rektorun yaxın qohumu olub.
Bu xəbər oxucular tərəfindən 1141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed