16.04.2013 [17:15] - Gündəm, Sosial
“Bu il maaşlar və pensiyalar artırılacaq”
Azərbaycanda 123 min ailə dövlətdən ünvanlı sosial yardım yardım alır.Prezident İlham Əliyev Nazirlər Kabinetinin müşavirəsində deyib. Onun sözlərinə görə, bu ailələr orta hesabla dövlətdən 117 manat müavinət alırlar: “Əlbəttə, mən çox istərdim ki, ünvanlı sosial yardıma ehtiyacı olan ailələrin sayı kəskin şəkildə azalsın. Ölkəmizin uğurlu inkişafı, yeni iş yerlərinin yaradılması, sosial proqramlar, əminəm ki, yaxın zamanlarda bu kateqoriyadan olan insanların da yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Ancaq hələ ki, dövlət dəstəyinə ehtiyacı olan ailələr var və biz onların qayğıları ilə məşğuluq. Çalışacağıq ki, bundan sonra da dövlət tərəfindən onlara verilən maddi yardımı artıraq”.
“Bu il maaşlar və pensiyalar artırılacaqdır”, - İlham Əliyev bildirib. O, hesab edir ki, hökumətin sosialyönümlü siyasətinin nəticələri çox müsbət olacaq: “Sosial məsələlərin həllində əlbəttə ki, ilk növbədə, biz məcburi köçkünlərin problemlərini qeyd edirik, daim bu məsələlərlə məşğuluq. Son bir neçə ay ərzində bu istiqamətdə də çox önəmli hadisələr baş verib. Keçən ilin sonunda biz Müşfiqabad qəsəbəsində böyük bir şəhərciyin açılışını qeyd etmişik. Bu yaxınlarda Masazır qəsəbəsində böyük şəhərciyin açılışını qeyd etmişik. Bir neçə gündən sonra Mingəçevirdə böyük şəhərciyin açılışı qeyd ediləcək. Bütün mənzillər yüksək keyfiyyətlə tikilmişdir, bütün infrastruktur - məktəblər, uşaq bağçaları, tibb məntəqələri, su, qaz, işıq, bütün digər infrastruktur layihələri nəzərdə tutulur. Dövlət Neft Fondundan bu il 300 milyon manat yalnız tikinti işlərinə ayrılıb. Artıq Prezidentin ehtiyat fondundan müəyyən məbləğ ayrılıb və istisna olunmur ki, gələcəkdə də, bu ilin sonuna qədər yenə də ayrılacaq. Biz demək olar ki, hər il köçkünlər üçün yeni bir şəhər salırıq. Bu il 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcək. Artıq yataqxanalardan köçürülmə prosesi başlayıb, vaxtilə fin qəsəbələrində məskunlaşmış köçkünlər artıq bu il tamamilə oradan köçəcək və “fin qəsəbəsi” anlayışı “çadır şəhərciyi” anlayışı kimi birdəfəlik aradan götürüləcək”.

Bu xəbər oxucular tərəfindən 1186 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |