21.09.2011 [11:51] - Xəbərlər
Amerikalı analitik: “Türkiyə NATO-da həlledici rol oynayacaq və İran məsələsində ABŞ-la əməkdaşlıq edəcək”
Cənubi Qafqaz və Şərqi Avropa üzrə ekspert, Almaniya Xarici Əlaqələr Şurasının proqram əməkdaşı Stefan Mayster APA-nın Vaşinqton müxbiri ilə müsahibəsində belə deyib.
Onun fikrincə, Türkiyə, ərazisində NATO-nun raketdən müdafiə sistemini yerləşdirməyi qərara almaqla bildirmək istəyir ki, regional liderlik siyasətinə baxmayaraq, Türkiyə NATO-da həlledici rol oynayacaq və İran məsələsində ABŞ-la əməkdaşlıq edəcək.
“İran məsələsinə gəldikdə, bu yeni siyasət deyil, sadəcə mövcud siyasətin davamıdır. Münasibətlərin korlanmasına hansısa ritorik reaksiya ola bilər, amma münasibətlər lap pisləşə bilməz. Rusiyaya münasibət isə fərqlidir. Türkiyə ilə NATO arasında əməkdaşlığın artmasına Rusiya təhlükə kimi baxa bilər. Rusiyasız NATO müdafiə qalxanının yaradılması Rusiya ilə NATO/ABŞ arasında əsas mübahisə mövzusudur. Bu, Ankara və Vaşinqtonun məsələni Moskva ilə necə razılaşdıracağından asılı olacaq”.
Analitikin fikrincə, ABŞ və Rusiyanın Qəbələ radiolokasiya stansiyası məsələsində əməkdaşlığının gələcəyi var.
“ABŞ bu məsələyə heç vaxt ciddi yanaşmayıb, çünki o, həmişə radar sistemi üçün məsuliyyəti bölüşmək yox, ona nəzarət etmək istəyib”.
Maysterin Azərbaycanla bağlı fikirləri belədir ki, İranla münasibətlərinin o qədər də yaxşı olmasına baxmayaraq, Azərbaycan Rusiya və ABŞ arasında uğurla balanslaşdırılmış siyasət yürüdür.

Bu xəbər oxucular tərəfindən 1361 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |