17.04.2013 [11:15] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının fəalı Əmir Çəməni müvəqqəti məzuniyyətə buraxılıb.MDHP Güney Azərbaycan Departamentinə Təbrizdən daxil olan məlumata görə, soydaşımız üç aya yaxındır Təbriz həbsxanasının kardərmani bəndində həbsdədir.
Qeyd edək ki, Əmir Çəməni “Ettelaat”ın Təbriz şöbəsinin əməkdaşları tərəfindən 2013-cü il yanvarın 13-də mənzilində həbs edilib. Evdə yoxlama aparılıb, milli fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb. Təbriz Universitetinin tələbəsi olan azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinmir. Qeyd edək ki, daha öncə də həbs edilən Əmir Çəməni hökumət əleyhinə təbliğat aparmaqda, İran adlanan yerin ali dini liderini və prezidentini təhqir etməkdə ittiham olunub. 50 milyon tümən zəmanətlə məhkəməyədək müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəalın işinə 2012-ci il iyulun 5-də Təbriz İnqilab Məhkəməsində baxılıb. Əmir Çəməni 9 ay 1 gün həbs və 40 zərbə şallaq cəzasına məhkum edilib.

Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |