Şrift:
İran rejiminə satılmış İskəndər Hüseynovun əlaltıları Azərbaycana qarşı
17.04.2013 [13:11] - Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları
1995-ci ildən etibarən İran İslam Respublikasnın Qum şəhərində yaşayaraq, Azərbaycan əleyhinə bir sıra mühüm vəzifələr icra edən İskəndər Hüseynov Qumda təhsil alan tələbləri öz əlində cəmləməyə müvəffəq olmuşdur. Onun rəhbərliyi altında Etelatın ayırdığı maliyyə dəstəyi ilə bir neçə internet qəzetləri açılaraq Azərbaycan siyasəti əleyhinə məqalələr dərc olunmuşdur. Bundan əlavə Xomeyni adına mədrəsənin azərbaycanlı tələbələri məzun olduqdan sonra MDB ölkələrində yerləşdirilir, oradakı azərbaycanlıları Azərbaycan hökuməti əleyhinə çıxışlarla təlimatlandırılırlar. Bu çıxışlar əsas etibarı ilə məscid və hüseyniyyələrdə dini mövizələr adı altında aparılır.
İranda olan mənbələrimizdən bizə verlən məlumatlarda bildirilir ki, bu adamlar İskəndər Hüseynov tərəfindən bir başa idarə olunurlar. Ötən yazılarımızda xatırlatdığımız kimi bu şəxslər başda Moskvada İskəndər Hüseynovun bilavasitə nümayəndəsi olan İlqar Haşimi (İlqar Kamil), Kazanda Hacı Fariz adlı Qum məzunu, Daşkənddə Elşən adlı şəxslərdir. Xüsusi ilə qeyd etmək lazımdır ki, hər üç şəxs əslən Azərbaycanın cənub rayonlarında qeydiyyatdadırlar.
İranın Azərbaycanda fəaliyyət göstərən casuslarını maliyyələşdirmək üçün bu şəxslərdən xüsusi ilə istifadə olunur. İrandan Azərbaycana maliyyə vəsaitinin bank vasitəsi ilə ötürülməsi bir çox maneələrə rast gəldiyi üçün İran xüsusi xidmət orqanları külli miqdarda pulu İrandan Rusiyaya, oradan da Azərbaycana transfer edir. Mənbnin bildiridiyinə görə bu işə başçılığı İlqar Kamil və Fariz adlı şəxslərə həvalə olunub.
Qeyd edək ki, bu pul ötürmə işində əməliyyatı lazımınca yerinə yetirməkdə məsuliyətsizlik edən, bir sözlə İskəndər Hüseynovun tapşırıqlarını yerinə yetirməyənlər cəzalandırılırlar. İran xüsusi xidimət orqanlarının qəzəbinə tuş gələnlərdən biri də əslən Cəlilabad rayonundan olan, qabaqlar İskəndər Hüseynovun İlqar Kamildən öncə tapşırıqlarını yerinə yetirən Hacı Mətləb adlı şəxdir. Hacı Mətləb adlı şəxs hal-hazırda İran xüsusi xidmət orqanları tərəfindən İranda həbsdə saxlanılır.
Son illər Azərbaycanda bir sıra inanclının aqressivləşdirilməsində, Azərbaycan hakimiyyətinə qarşı etiraz aksiyalarının keçirilməsində İskəndər Hüseynov və onun əlaltıları olan Kazanda Fariz, Moskavada İlqar Kamil Daşkənddə Elşən adlı şəxslərin müstəsna rolları vardır.
Hörmətli oxucularımızın diqqətinə çatdıraq ki, İskəndər Hüseynovun himayəsi altında olan və MDB ölkələrində casusluq edən bu şəxslər xüsusi ilə sosial şəbəkələr vasitəsi ilə müxtəlif səhifələrdə Azərbaycan hakimiyyəti, əsasən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin nüfuzuna xələl gətirəcək yalan məlumatlar yayırlar.
(ardı var)
Rəşad Həsənov
Bu xəbər oxucular tərəfindən 1845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed