Şrift:
7-ci sinif şagirdi intihar edib
10.11.2011 [10:23] - Hadisə
Azərbaycanda orta məktəb şagirdi özünü öldürüb. Bu barədə Masallı Rayon Prokurorluğundan bildirilib.

Hadisə dünən rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Elvin Sərxan oğlu Qasımov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun meyiti hadisədən xeyli sonra ailəsi tərəfindən aşkarlanıb. Elvinin əsəb xəstəsi olduğu bildirilir. Məlumata görə, mərhum 7-ci sinif şagirdi imiş.

Faktla bağlı Masallı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma gedir.
Bu xəbər oxucular tərəfindən 1697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed