Şrift:
Sankt-Peterburqda Milli Məclisin sədri Oqtay Əsədovla ukraynalı həmkarı arasında iki tərəfli görüş keçirilib
10.11.2011 [09:25] - Gündəm
Rusiyanın şimal paytaxtında Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleya Şurasının növbəti toplantısı çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla Ukrayna Ali Radasının sədri Vladimir Litvin arasında iki tərəfli görüş keçirilib.


APA-nın Rusiya müxbirinin verdiyi məlumata görə, görüş zamanı Azərbaycan-Ukrayna iki tərəfli münasibətləri və münasibətlərdə parlamentlər üzərinə düşən vəzifələr və hər iki ölkənin qanunvericiliyi ilə bağlı məsələlər müzakirə olunub.
V. Litvin Azərbaycan nümayəndə heyətini Azərbaycanın BMT-nin təhlükəsizlik şurasına müvəqqəti üzv seçilməsi ilə bağlı təbrik edib. O, Azərbaycanın uğurunu Ukraynanın uğuru kimi qiymətləndirib.
Bu xəbər oxucular tərəfindən 929 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed