18.04.2013 [13:29] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
"Milli Şura və buna bənzər digər təşkilatlar seçki öncəsi yaradılır və mövsümi xarakter daşıyır".
Bu sözləri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Milli.Az-ın əməkdaşı ilə söhbəti zamanı deyib.
Onun sözlərinə görə, belə təşkilatlar milli maraqlara xidmət etməzsə, heç bir uğura nail ola bilməz.
"Milli Şura ideyasının Rüstəm İbrahimbəyov tərəfindən gəldiyini deyən Partiya sədri onu da qeyd edib ki, Rüstəm İbrahimbəyov Qarabağ məsələsi ilə bağlı ikili mövqe sərgiləyib, Azərbaycanın milli maraqlarına cavab verməyən fikirlər səsləndirib.
"Milli Şuranın yaradılması ilə bağlı bizə heç bir müraciət və ya təklif gəlməyib. Bizim təşkilatımız öz fəaliyyətində Azərbaycanın milli maraqlarını önə çəkən bir təşkilatdır. Milli Şura ideyası Azərbaycanın milli maraqlarına zidd fikirlər səsləndirən Rüstəm İbrahimbəyov tərəfindən gəldiyi üçün bizə bu cür təklif gəlsə belə, heç vaxt həmin təklifi qəbul etməyəcəyik", - o əlavə edib.
Milli.Az

Bu xəbər oxucular tərəfindən 1507 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |