19.04.2013 [11:54] - Gündəm, İdman
Azərbaycan Avropa Olimpiya Komitəsinin (AOK) nəzdində yaradılmış İdmanda Qadın və Bərabərlik Komissiyasının ilk görüşündə təmsil olunur.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 18-də İtaliyanın paytaxtı Roma şəhərində İdmanda Qadın və Bərabərlik Kommissiyasının ilk görüşü başlayıb.
Görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbələrinin rəhbəri Könül Nurullayeva da iştirak edir.
Görüş zamanı qadınların idmana cəlb edilməsinin xüsusi əhəmiyyəti və bu sahədə görüləcək işlərdən söz açılacaq. Bundan əlavə, müxtəlif dövlətlərin Milli Olimpiya komitələrinin idmanda qadınlara bərabərliyin təmin olunması naminə əməkdaşlığının da müzakirəsi nəzərdə tutulub.
Xatırladaq ki, komissiya Avropa Olimpiya Komitəsinin (AOK) nəzdində yeni yaradılıb. Cari ilin fevralında AOK tərəfindən verilmiş qərara əsasən, Könül Nurullayeva həmin komissiyanın üzvü seçilib.
Qeyd edək ki, İspaniya, Türkiyə, Böyük Britaniya, Polşa, Makedoniya və bir sıra digər dövlətlərin Milli Olimpiya komitələrinin yüksək vəzifəli rəsmiləri də komissiyanın fəaliyyətində yaxından iştirak edirlər.

Bu xəbər oxucular tərəfindən 1024 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |