Şrift:
Azərbaycan Ordusunun əsgəri yaralanıb
10.11.2011 [10:34] - Gündəm
“N” saylı hərbi hissənin əsgəri yaralanıb.

Hadisə Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 18 yaşlı Səməndərli Emin Fikrət oğlu postda olarkən tabeliyindəki silahdan təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün atəş açılıb. Nəticədə əsgər çiynindən yüngül xəsarət alıb. Yaralı hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E. Səməndərli Şəmkir Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed