19.04.2013 [13:15] - Xəbərlər, Güney Azərbaycan-Təbriz
“Araz çayının hər iki sahillində müsəlmanların soyqırımı” kitabı Təbrizdə fars dilində təkrar nəşr olunmuşdur.
Görkəmli tədqiqatçı Səməd Sərdarniyanın qələmə aldığı əsər çar Rusiyasının himayəsi və birbaşa təşkilatçılığı ilə erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımılardan, torpaqlarımızın işğalından, görkəmli şəxsiyyətlərimizin qətlindən, düçar olduğumuz erməni terrorlarının dəhşətlərindən bəhs edir. Tarixi faktlar və arxiv sənədləri əsasında yazılmış kitabda qədim Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistan dövlətinin təcavüzkar siyasəti və terrorçuluq fəaliyyəti, 1905-07-ci il hadisələri, 1918-ci ilin mart soyqırımı, Təbriz, Səlmas, Maku, Urmiya və s. şəhərlərdə erməni silahlılarının azərbaycanlılara qarşı törətdikləri ağır cinayətlərə dair mühüm məqamlar farsdilli oxuculara təqdim edilmişdir.

Bu xəbər oxucular tərəfindən 1089 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |