Şrift:
Üzeyir Hacıbəyli adına tələbə teatr festivalı başa çatıb
20.04.2013 [11:22] - Gündəm, Sosial
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatı (BMA TGT) tərəfindən keçirilən Üzeyir Hacıbəyli adına tələbə teatr festivalı başa çatıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, 4 gün davam etmiş tələbə teatr festivalı çərçivəsində BMA tələbələri Ü.Hacıbəylinin felyetonlarını, "Arşın mal alan", "Ər və arvad", "O, olmasın bu, olsun" və s. musiqili komediyalarını səhnələşdiriblər. Festivalda ümumilikdə 50 tələbə iştirak edib.
BMA-nın rektoru Fərhad Bədəlbəylinin, akademiyanın prorektorları Gülnaz Abdullazadənin, Yeganə Axundovanın, ATGTİ-nin sədri Şahin İsmayılovun iştirakı ilə keçirilmiş tələbə teatr festivalının bağlanış mərasimində festival iştirakçıları mükafatlandırılıbar. Bağlanış mərasimi Üzeyir bəyin əsərlərindən ibarət konsert proqramı ilə yekunlaşıb.
Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed