20.04.2013 [11:26] - Xəbərlər, Türk dünyası-Turan, Hərb
Türkiyənin Makina və Kimya Sənayesi Qurumu (MKE) 2012-ci ildə 31 ölkəyə 55 milyon 367 min ABŞ dolları dəyərində ixracat həyata keçirib.
Bu barədə MKE-nin yayımladığı hesabatda bildirilib.
İxracat həyata keçirilən ölkələr arasında Azərbaycan da olub. Ötən il MKE Azərbaycana 1 milyon 089 min 789 TL (605 539 ABŞ dolları) dəyərində silah və sursat satıb.
Hesabatda qeyd olunub ki, ötən il MKE təşkilatının 2 nümayəndəsi Azərbaycanda humanitar mina təmizləmə ilə bağlı keçirilən təlimdə iştirak edərək sertifikat alıb.
Qeyd edək ki, MKE 2011-ci ildə Azərbaycana 718 095 dollar dəyərində ixracat gerçəkləşdirib. 2011-ci ildə Azərbaycan MKE ilə 36 ədəd T-155 Fırtına özüyeriyən haubitsalarının alğı-satqısına dair müqavilə imzalasa da, haubitsaları mühərriklə təchiz edən Almaniyanın MTU şirkəti Ermənistanla hərbi münaqişəni əsas gətirərək, Azərbaycana satılan texnikalar üçün mühərrik verməyəcəyini açıqlayıb. Yeni mühərrikin seçimi ilə əlaqədar texnikaların çatdırılması prosesi yubanır.

Bu xəbər oxucular tərəfindən 1003 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |