22.04.2013 [14:04] - Gündəm, Hadisə
ABŞ-da işgüzar səfərdə olan Qırğızıstan Baş nazirinin I müavini Comərd Otorbayev Bostonda törədilən partlayışlarda şübhəli bilinən Tsarnayev qardaşlarının əsli ilə bağlı ölkənin fikrini Dövlət Departamentinin nümayəndələrinə izah edib. Bu barədə bazar ertəsi "RİA Novosti" Qırğızıstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat verir.
"Qardaşlardan yalnız Cohar Qırğızıstanda doğulub və bu ölkənin vətəndaşıdır, böyük qardaş isə Kalmıkiyada anadan olub və Rusiya vətəndaşıdır. Tsarnayevin ailəsi 2001-ci ildə Qırğızıstandan Dağıstana köçüb. Həmin vaxt qardaşların müvafiq olaraq, 7 və 14 yaşları olub", - Otorbayev Dövlət Departamentinin nümayəndələrilə görüşdə deyib.
O qeyd edib ki, terrorizmdə şübhəli bilinən qardaşlar belə gənc yaşlarında "radikallaşdırla" bilinməzdi və buna görə də onların törətdikləri əməlin səbəbini Qırğızıstanla əlaqələndirmək düzgün deyil.
Bununla belə, o, araşdırmanın aparılmasında ABŞ tərəfinə hər cür kömək göstərməyə hazır olduqlarını bildirib.
"ABŞ-ın rəsmi nümayəndələri isə başsağlığı və həmrəyliyə görə minnətdar olduqlarını bildirib və əlavə ediblər ki, hazırda Qırğısıztan tərəfindən heç bir kömək tələb olunmur", - mətbuat xidməti məlumat verir.

Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |