Şrift:
Əlican sərhəd keçid məntəqəsi önündə yalançı “erməni soyqırımı”-na etiraz olaraq mitinq keçirilib
22.04.2013 [14:52] - Gündəm, Türk dünyası-Turan
Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin İğdır vilayətinə səfər edib.
İlk öncə İğdırda yerləşən soyqırım abidəsi ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub. Daha sonra BDM, DAK və Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) birgə təşkilatçılığı ilə İğdırın Əlican kəndində Əlican sərhəd keçid məntəqəsi önündə yalançı “erməni soyqırımı”-na etiraz olaraq mitinq keçirilib. Çox sayda sadə vətəndaşın və eləcə də, İğdırda və Qarsda fəaliyyət göstərən QHT və diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdiyi mitinqdə yalançı “erməni soyqırımı”-nın ermənilərin bir uydurması olduğu bəyan edilərək, 1915-1918-ci illərdə ermənilərin türklərə qarşı törətdiyi soyqırıma diqqət çəkilib.
Mitinqdə çıxış edən BDM sədri İsmayıl Ağayev bunun Əlican sərhəd keçid məntəqəsində keçirdikləri ikinci etiraz mitinqi olduğunu vurğulayaraq: “Bu ermənilərə dəfələrlə demişik, yenə də deyirik, Qarabağla, İrəvan bizimdir, əl çəkin bu saxta torpaq iddialarınızdan. İrəvanın sahibi olaraq illərlə bu torpaqları sizə kirayə vermişik. Ancaq artıq bu zaman bitib. Türk millətinə qarşı törətdiyiniz soyqırımların hesabını elə buradaca, türk millətinin ayaqları altında tapdanaraq verəcəksiniz. Qarabağı azad edəcəyik və növbəti hədəfimiz İrəvan olacaqdır” -deyə bildirib.
Daha sonra çıxış edən ASİM-DER başqanı Göksəl Gülbəy 1915-1918-ci illərdə ermənilərin türklərə qarşı törətdikləri soyqırıma diqqət çəkərək, erməni diasporunun 24 aprel yalançı “erməni soyqırımı”-nı dünyaya sırımağa və özəlliklə Avropa və ABŞ siyasətçilərini sıxışdırıb bunu qəbul etdirməyə çalışmasına etiraz olaraq bu mitinqi keçirdiklərini bildirib. O, qeyd edib ki, “1915-1918-ci illərdə bu bölgələrdə və 1992-ci ildə Xocalıda ermənilər tərəfindən törədilən soyqırımı görməməzliyə vuran dünya birliyinə səslənirəm. Ermənilərin Türk millətinə qarşı törətdikləri soyqırımlara, vəhşiliyə qarşı səssiz qalmayın, türk millətinə qarşı edilən bu haqsızlığa göz yummayın artıq”.
Mitinqdə həmçinin, akademik Vəli Əliyev, DAK-ın icra aparatının rəhbəri Samir Adıgözəlli, BDM-in Rusiya nümayəndəliyinin rəhbəri Ələmdar Nəbiyev, BDM-in qadınlar şurasının rəhbəri Yaqut Qarabağlı da çıxış edərək, bildiriblər: “Onlar Xəzər dənizinə qədər olan torpaqlarda böyük dövlət quracaqları xəyalı ilə yaşayırlar. Onlara bu ümidi, vədi verən isə ruslardır. Buna görə də soyqırım yalanları ilə bütün dünyanın gündəmini məşğul edirlər. Elə burada keçirdiyimiz mitinqlərlə ermənilərin müsəlmanlara, türklərə qarşı törətdikləri soyqırımlara diqqət çəkmək lazımdır ki, həqiqətləri dünya birliyi görsün.”
Sonda, 24 aprel yalançı “erməni soyqırımı”-na etiraz olaraq Ermənistan prezidenti Serj Sarkisyanın maketi yandırılıb.

Əlican sərhəd keçid məntəqəsi önündə yalançı “erməni soyqırımı”-na etiraz olaraq mitinq keçirilib

Əlican sərhəd keçid məntəqəsi önündə yalançı “erməni soyqırımı”-na etiraz olaraq mitinq keçirilib

Əlican sərhəd keçid məntəqəsi önündə yalançı “erməni soyqırımı”-na etiraz olaraq mitinq keçirilib

Əlican sərhəd keçid məntəqəsi önündə yalançı “erməni soyqırımı”-na etiraz olaraq mitinq keçirilib

Əlican sərhəd keçid məntəqəsi önündə yalançı “erməni soyqırımı”-na etiraz olaraq mitinq keçirilib


BDM mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1072 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed