Şrift:
Fransa parlamenti Malidə hərbi əməliyyatların davam etdirilməsinə qərar verib
23.04.2013 [09:41] - Xəbərlər, Hərb
Fransa parlamenti Malidə hərbi əməliyyatların davam etdirilməsinə qərar verib. RBK-nin verdiyi məlumata görə, ölkənin baş naziri Jan-Mark Eyro 4 ay davam etmiş əməliyyatların nəticələrini qiymətləndirməklə, özünü siyasi və hərbi nöqteyi-nəzərdən sübut edib.
"Fransa Malinin süqutunun qarşısını aldı və regionda sabitliyi təmin etdi" - deyə o, əlavə edib.
Baş nazir eyni zamanda, bildirib ki, Fransa ordusu Malidə daimi qalmayacaq.
Onların tədrici çıxarılması aprelin 22-dən başlanıb və 500 əsgər Malini tərk edib.
Bu xəbər oxucular tərəfindən 859 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed