24.04.2013 [13:04] - Gündəm, Sosial
Sakinlər isə təşviş içindədirlər
Bakıda mövcud olan sənədsiz tikililər problemi ictimaiyyətdə müzakirə olunan ən aktual mövzulardan birinə çevrilib. Xüsusilə parlamentin müzakirəsində olan «Sığortanın icbari növləri haqqında» qanun layihəsi qüvvəyə mindikdən sonra sənədsiz evlərin taleyinin necə olacağı sual doğurur. Belə ki, yeni qanun sayından asılı olmayaraq vətəndaşların bütün daşınmaz əmlaklarının (yaşayış sahələrini) icbari qaydada sığorta etdirilməsini nəzərdə tutur. Evlərin sənədləşdirilməməsi faktiki qanunun yarımçıq işləməsi demək olacaq.
Respublika ərazisində yüz minlərlə sakin hələ də qeydiyyatsız evlərdə yaşayır. Bu tikililər ya bələdiyyə balansında olan torpaqlarda, ya neft yataqlarının olduğu ərazilərdə, ya kommunikasiya xətlərinin üzərində və ya yaxınlığında inşa edilib. Paytaxtın ərazisində isə belə evlər ən çox Abşeron, Binəqədi, Sabunçu, Qaradağ və digər rayonların payına düşür.
Sənədsiz evlərin nə vaxt qeydiyyata alınacağı hələ də sual altındadır. Sakinlər isə təşviş içindədirlər. Qeyd edək ki, 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini bəyan etmişdi. Ölkə başçısı həmin müşavirədəki çıxışında bu məsələni son dərəcə konkret qoymuşdu: «Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər».
Ölkə başçısının qeyd edilən çıxışından iki ilə yaxın vaxt keçsə də, aidiyyatı qurumlarda bir xəbər yoxdur. Maraqlıdır ki, bununla bağlı komissiya yaradılsa da, bu gün irəliləyişin olmamasına görə cavabdeh orqanı müəyyənləşdirmək çox çətindir. Görəsən, bu müddət ərzində konkret addımların atılmasına nə mane olur? 500 minə yaxın evin sənədləşdirilməsi sakinlərə hansı problemləri yaradır?
Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev deyir ki, müvafiq dövlət orqanları mütləq bu məsələni həll etməlidirlər. Çünki yaranmış vəziyyətdən ən çox əziyyət çəkənlər məhz sadə vətəndaşlardır.
Millət vəkili Vahid Əhmədov hesab edir ki, məsələnin həlli yalnız hökumətə edilən müraciətdən sonra baş tuta bilər. Əks təqdirdə proses bir neçə il uzanacaq: «Bunun üçün qeydiyyat aparılmalı və sənədlər toplanaraq Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunmalı, İcra Hakimiyyəti hökumətdə məsələ qaldırmalı və bu yolla o həll oluna bilər».
Qeyd edək ki, ən çox rast gəlinən mübahisəli məqam Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə bələdiyyələr arasında üzə çıxır. Qanunvericiliyə görə, sənədsiz tikililərin yerləşdiyi ərazilərin hərrac yolu ilə satılmalı olduğunu deyən komitə rəsmiləri bildirir ki, bələdiyyələr vətəndaşlara qeyri-qanuni olaraq, öz ərazilərinə aid olmayan torpaqları satıb və saxta sərəncamlar tərtib ediblər.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətinin rəhbəri Eldar Sadıq deyib ki, evlərin sənədləşdirilməsi ilə bağlı komitə öz rəyini Nazirlər Kabinetinə təqdim edib: «Milli Məclisdə belə bir sənəd qəbul olunmalıdır. Bu məsələnin konkret olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə birbaşa aidiyyatı yoxdur».
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova məsələ ilə bağlı hər hansı məlumatının olmadığını deyib: «Bu barədə bizdə məlumat yoxdur. Bu işlə məşğul olmaq digər qurumlara, əsasən də Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılıb».
Onu da qeyd edək ki, 3 il əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Dünya Bankının xəttiylə qanunsuz tikililərin sənədləşdirilməsi üçün layihəyə başlasa da bu proses də yarımçıq qalmışdı.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılov bildirib ki, Bakı və Bakı ətrafı ərazilərdə, o cümlədən digər rayonlarda yeni yaşayış obyektlərinin sayı sürətlə artsa da, həmin evlərin qeydiyyata alınması məsələsində müəyyən problemlər qalmaqdadır: «Vətəndaşların əmlaklarının qeydiyyata alınmasında əsas problemlərdən biri bələdiyyələrin fərdi evlərin tikintisi üçün vətəndaşlara ayırdığı torpaq sahələri ilə bağlıdır. Vətəndaşlar əmlaklarına mülkiyyət hüququnu təsdiq edən sənədləri almaq üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət etsələr də dövlət orqanları sənədləri verməkdən imtina edirlər. Səbəb kimi isə bələdiyyələr tərəfindən ayrılmış torpaq sahələrinin qanunsuz olduğunu və ya yaşayış üçün nəzərdə tutulmadığını göstərirlər».
Ekspertin sözlərinə görə, bəzən dövlət orqanlarının göstərdiyi səbəblər əsaslı olur: «Bir sıra hallarda vətəndaşlara dövlət mülkiyyəti olan torpaq sahələri satılıb. Hansı ki onların bələdiyyələrə heç bir aidiyyatı yoxdur. Belə ki, bələdiyyələr öz səlahiyyətlərini aşaraq müvafiq torpaq fondunun ayrılmasına baxmayaraq, dövlət torpaqlarını da həyətyanı torpaq sahəsi kimi satıblar».
Xalid Mikayılovun sözlərinə görə, bələdiyyələrə torpaq sahələrinin satılması qadağan edilsə də onlar prosesi yenə də davam etdirirlər: «2007-ci ildə bələdiyyələrin qanunsuz torpaq sahələri satmasının qarşısını almaq məqsədilə onlara torpaq satışı qadağan edildi. Lakin bələdiyyələr özlərinə çıxış yolu tapıblar. Bəzi bələdiyyələr torpaq sahələrini satarkən onları 2007-ci ildən əvvəlki dövrə rəsmiləşdirirlər. Bundan əlavə qanunvericiliyə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və ya icarə hüquqları yalnız torpaq hərracları, eləcə də müsabiqələr vasitəsilə həyata keçirilməlidir. Bələdiyyələr qanunun tələblərini pozaraq, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə qərarlar qəbul edir, bəzən hətta müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan torpaq satışı ilə məşğul olurlar».
Mütəxəssis bələdiyyələrin qanunsuz torpaq satışını davam etdirməsinin dövlətə və vətəndaşlara vurduğu ziyandan da söz açıb. Bildirib ki, qanunsuz torpaq satışı sənədsiz evlərin artımını şərtləndirib: «Bu gün ölkədə təqribən 600-ə yaxın sənədsiz bina, 400 mindən artıq sənədsiz həyət evi, o cümlədən, 30 mindən çox sənədsiz mənzil var. Evlərin qeydiyyatsız olması sahiblərinin əmlak vergisindən kənarda qalması ilə nəticələnib. Bu da hər il dövlət büdcəsinə təxminən 100 milyon manatdan artıq vəsaitin daxil olmasının qarşısını alır».
Onu da əlavə edək ki, artıq «Mülkiyyət hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən yaşayış evləri və torpaq sahələri üzərində hüquqların leqallaşdırılması haqqında» layihə hazırlanıb. Layihədə göstərilib ki, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik xətlərinin, metropolitenin, dəmir yolu qurğularının üzərində tikilmiş evlərə sənəd verilməyəcək. Eyni qadağa müdafiə obyektləri, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğuları, neft buruqları, avtomobil yollarının və suların mühafizə zolaqlarında yerləşən torpaq sahələrinə də aiddir. Həmçinin sürüşmə zonası və onların üzərindəki evlər də sənəd ala bilməyəcək. Bura meşə və su fondu torpaqlarında, müdafiə təyinatlı torpaqlarda tikilən evlər də daxildir. Neft hasilatına yararlı ərazilərdə neft və qaz yataqlarının işlənməsi, neftin, qazın hasilatı, nəqli üçün müvafiq təsərrüfat subyektinin qanuni istifadəsində olan torpaqlarda tikilən evlərin də sənədləşdirilməsi mümkün olmayacaq.
Ümumilikdə 10 maddədən ibarət layihədə qanuniləşdirilməsi mümkün olan və olmayan evlərin, torpaq sahələrinin dəqiq siyahısı göstərilib. Bir sıra mütəxəssislərin fikrincə, layihəyə dəyişikliklər və əlavələr olunmasa, sənədsiz evlərin böyük hissəsi yenə də sənədləşdirilməmiş qalacaq.
Cavid

Bu xəbər oxucular tərəfindən 957 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |