24.04.2013 [14:33] - Gündəm, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatının lideri, millət vəkili Fərəc Quliyevin Milli.Az xəbər portalına müsahibəsi:
- Fərəc bəy, Azərbaycan Liberal, habelə Vətəndaş və İnkişaf Partiyası (VİP) ölkənin müxalifət qüvvələrinə müraciət ediblər. Onlar sistemləşmiş və birgə fəaliyyətin lüzumunu vurğulayıblar. Sizcə, belə fəaliyyət, birləşmə realdırmı?
- Biz də müxalifət qüvvələrinin birləşməsində maraqlıyıq. Lakin indiki vəziyyətdə, özlərini müxalifətin aparıcı qüvvələri kimi təqdim edən təşkilatların təklif etdikləri formatda birləşməyə və kimlərləsə vahid fəaliyyət göstərməyə ehtiyac duymuruq.
- Yəni, sizin birləşmə proseslərinə qatılmaq fikriniz yoxdur?
- Yox, hələlik belə fikrimiz yoxdur və birləşməyi də düşünmürük. Birləşmə ilə bağlı təklif də almamışıq. Lakin Azərbaycan dövlətinin və xalqının maraqları, mənafeləri uğrunda mübarizə aparan təşkilat, yaxud da təşkilatlarla əməkdaşlıq edə bilərik. Həmin əməkdaşlığı müəyyən formata və ya çərçivəyə salmaq fikrimiz yoxdur.
- İctimai Palatada təmsil olunmaqla bağlı təklif də almamısınız?
- Sözün açığı, İctimai Palataya ciddi əhəmiyyət vermirəm və bu təşkilatı da effektiv qurum saymıram. Mənim əsas fəaliyyətim parlamentdədir. Hesab edirəm ki, cəmiyyətin, vətəndaşların problemləri ilə xalqın seçdiyi millət vəkilləri, ali qanunverici orqan daha yaxşı məşğul ola bilər.
İctimai Palata bu tipli məsələlərlə məşğul ola bilməz. Daha konkret desəm, İctimai Palata - özünə uyğun olmayan fəaliyyət formaları ilə məşğul olanların toplaşmasıdır. Ümumiyyətlə, belə formatdakı fəaliyyət uğurlu deyil. Bütün insanların birgə fəaliyyət formalarına hörmətlə yanaşırıq. Lakin bir daha bildirirəm ki, İctimai Palatada təmsil olunmayacağıq.
- Milli Məclisdə siyasi azlıqdasınız. Parlamentdə sizinlə eyni statusda olan digər partiya liderləri ilə bir araya gələrək fraksiya formalaşdırmaq fikriniz varmı?
- "Siyasi partiyalar haqqında" qanun qəbul ediləcək. Bu qanun layihəsi ilə bağlı bir sıra təkliflərimiz var. Təbii ki, çalışacağıq, yeni qanunda ölkə parlamentində siyasi azlıqda olan partiyaların səlahiyyət və hüquqları bir qədər artırılsın.
Ümumiyyətlə, fəaliyyətimizi hansısa təşkilatla məhdudlaşdırmaq fikrində deyilik. Mənimçün işin kim tərəfindən görülməsi yox, necə görülməsi önəmlidir. Özünə ən müxtəlif adlar qoyaraq ölkənin maraqlarına və ya mənafelərinə qarşı çıxan adam olarsa, bizi qarşısında görəcək.
- Həmin qanun layihəsi ilə bağlı çeşidli təklifləriniz olub. Lakin belə iddialar var ki, siz müxalifətin adından danışa bilməzsiniz, çünki "real müxalifət" sayılmırsınız.
- Kimlərdənsə "sertifikat" almağıma ehtiyac görmürəm. Müxalifət düşərgəsində indi məni müxalifət saymayanlarla birgə fəaliyyət göstərdiyim vaxtlar vardı. Mən müxalifətdəki fəaliyyətimə görə həbs ediləndə bu adamlar millət vəkili mandatı almışdılar. Mən məhbəsdə, onlar parlamentdə olanda kimin müxalifət olduğu üzə çıxdı.
Cəmiyyətdəki problemlərə münasibətimiz, Milli Məclisdəki fəaliyyətimiz, mövqeyimiz və işlərimiz ortadadır. Yəni, mənim kiminsə dəyərləndirməsinə, qiymətinə və ya təqdirinə qətiyyən ehtiyacım yoxdur. Əslində onların müxalifət adından danışmağa ixtiyarları yoxdur. Biz isə fəaliyyətimizə davam edirik, öz yolumuzdayıq.
İctimai Palatada da bizim haqqımızda deyilənlər məni qətiyyən maraqlandırmır. Onların dediklərindən belə çıxır ki, hansı təşkilatlarda təmsil olunub yer alıblarsa, əsl müxalifət elə oradadır. Təbii ki, belə mövqe və yanaşma tərzi kökündən yanlışdır.
Orxan Hun

Bu xəbər oxucular tərəfindən 1482 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |