Şrift:
Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrinin regional inkişafına dair layihənin icrasına 70 milyon avro ayırıb
10.11.2011 [16:38] - Gündəm
Avropa Birliyi 2012-2013-cü illərdə Şərq Tərəfdaşlığı ölkələrinin regional inkişafına dair pilot layihənin icrasına 70 milyon avro ayırıb.
Bu barədə Brüsseldə konfransda çıxış edərək Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle bildirib. Bundan başqa Avropa Komissiyası Kənd Təsərrüfatı və Kənd Təsərrüfatı Rayonlarının İnkişafı üzrə Avropa Qonşuluq Proqramının (ENPARD) icrasına başlamağa hazırlaşır. Ştefan Füle regionda transsərhəd əməkdaşlığın mühümlüyünü də önə çəkib. Onun sözlərinə görə, bu proqramın 2007-2013-cüi illər üçün nəzərdə tutulan büdcəsi 400 milyon avrodur.
Bu xəbər oxucular tərəfindən 1093 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed