25.04.2013 [16:09] - Xəbərlər, Gündəm
Akif Əlizadə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olub
Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidenti kimdir?
Akif Əlizadə - akademik, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatıdır. O, 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olub. Bu məşhur azərbaycanlı ailəsi öz genetik kökləri ilə respublikanın bir çox görkəmli şəxsləri ilə bağlıdır.
Orta məktəbi gümüş medalla bitirmiş gələcək akademik Azərbaycan Sənaye İnstitutuna daxil olur. Bu, heç də sadə qərar deyildi, çünki ailədə tibb istiqaməti müəyyənedici idi, gümüş medal sahibi isə o dövrlərdə ölkənin istənilən ali məktəbinə müsabiqəsiz daxil olmaq hüququna malik idi. Akif Əlizadə isə geologiyaya üstünlük verdi. Azərbaycan Sənaye İnstitutu (hazırda Azərbaycan Dövlət Neft Akademiyası), geoloji-kəşfiyyat fakültəsində təhsil alıb. Lakin tibb peşəsi ömrü boyu onun sevimli bir istiqaməti olaraq qaldı. Hələ ilk illərdən başlayaraq onun xarakterinin əsas cizgiləri uğursuzluqları dəf etməkdə mətinlik, qeyri-adi məqsədyönlülik, şəxsi intizam, bekarçılıq və nizamsızlığa qarşı dözümsüzlik formalaşmağa başlayıb.
Tələbə elmi cəmiyyətində fəal iştirakı, ciddi elmi işə həvəs göstərməsi ilə nəticələndi və sonralar seçdiyi bilik sahəsində yeni, hələ öyrənilməmiş məsələlərə can atması gələcək müqəddəratını müəyyən etdi. Məhz buna görə də institutu bitirərək neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsinin icrasına başlasa da, yenidən elmə qayıtdı. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edildi.
Akif Əlizadənin bir alim kimi inkişafı Azərbaycan geologiyasının qızıl dövrünə təsadüf edir. Ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmiş A.Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olub. O, 1960-cı ildən Ümumittifaq paleontoloji cəmiyyətin üzvü, Qafqaz regional stratiqrafik komissiyanın sədri, SSRİ EA biosfera problemləri üzrə elmi şuranın üzvüdür.
Elm aləmi Azərbaycan aliminin xidmətlərinə yüksək qiymət vermiş, belemnitlərin yeni ailəsi ("Akifibelidlər") onun adıyla adlandırılmışdır. Bu, paleontoloq üçün böyük şərəfdir.
Geologiya İnstitutu Akif Əlizadənin rəhbərliyi dövründə (əvvəl 1970-ci ildən direktor müavini, 1976-cı ildən isə direktor kimi) Azərbaycan EA sistemində aparıcı elmi mərkəzlərindən birinə çevrildi. Geologiya İnstitutunun alimləri bir sıra geoloji istiqamətlər üzrə, o cümlədən palçıq vulkanizmi və dərinlikdə yatan neft-qaz yataqlarının formalaşmasının öyrənilməsi sahəsində dünya elmində aparıcı yerlər tuturdular.
Geologiya İnstitutu Azərbaycan elmi müəssisələri sırasında ən çox qrant qazanan liderdir. İnstitut "Soros", "İNTAS", "NATO", "CRDF", "KOPERNİCUS" kimi məşhur fondlar, Ukrayna Elmi Fondu, Amerika Milli Elmi Fondu ilə qarşılıqlı maraq əsasında fəaliyyət göstərir və işləyir. Partnyorların coğrafiyası qeyri-adi dərəcədə genişlənmişdir. Bunlar Böyük Britaniyanın Kembric, Aberdin universitetləri, ABŞ-in Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Kaliforniya universitetləri, Massaçusets Texnoloji İnstitutu və bir çox başqaları, Pyer və Mari Küri Universiteti, Neft İnstitutu (Fransa), Karlsrue, Hannover universitetləri (Almaniya), Moskva Dövlət Universiteti (Rusiya), Delft (Niderland), İstanbul (Türkiyə) universitetləri və başqalarıdır.

Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |