26.04.2013 [09:55] - Gündəm, Hadisə
Venesuelada qarşıdurmaları maliyyələşdirməkdə günahlandırılan amerikalı həbs olunub. İnterfaksın xəbərinə görə, bunu Venesuelanın daxili işlər və ədliyyə naziri Migel Rodrigez deyib.
"Onun hərəkətləri göstərir ki, o, kəşfiyyat orqanlarında xidmət keçib. Şübhə yoxdur ki, o çətin şəraitdə işləməyi və insanları yoldan çıxarmağı bacarır" - nazir bildirib.
Onun sözlərinə görə, 1978-ci il təvəllüdlü amerikalının venesuelalı tələbələrlə sıx əlaqələri var və bizi vətəndaş müharibəsinə təhrik etmək üçün ölkədə vəziyyəti destabilləşdirmək istəyir.
Belə olan halda, nizamın təmin edilməsi və demokratiyanın bərqərar olunması bəhanəsilə xarici dövlətlər ölkələrə müdaxilə edirlər.
DİN rəhbəri həmçinin, deyib ki, Venesuelanın xüsusi orqanları oktyabr ayında seçkilərdən sonra ölkədə vəziyyəti ağırlaşdırmaq planlarını aşkarlamışdı.
"Biz bilirdik ki, onlar nəticələri qəbul etməyəcək, ona görə də, ölkədə vəziyyəti ağırlaşdırmağa çalışacaqlar" - Rodrigez deyib.
Qeyd edək ki, Venesuelada baş vermiş ikigünlük qarşıdurmalarda 9 insan ölmüş, 78 nəfər yaralanmışdı.

Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |