26.04.2013 [10:08] - Xəbərlər, Hərb
İraqda etirazçılarla polis arasında baş vermiş toqquşmalarda ölənlərin sayı 170 nəfərə çatıb, 280 nəfər isə yaralanıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, iğtişaşlara səbəb Kərkük şəhərinin yaxınlığında yerləşən Əl Hüveyc yaşayış məntəqəsində polisin etiraz aksiyasını dağıdan zaman 30 nəfərin ölməsi olub.
Əl Hüveycdəki qanlı insident aprelin 23-də səhər saatlarında baş verib. Polisin çadır düşərgəsində baş nazirin apardığı siyasətə qarşı təşkil olunmuş etiraz aksiyasını dağıtmaq cəhdi toqquşmalarla nəticələnib. Şahidlərin sözlərinə görə, toqquşmalar zamanı hər iki tərəf silah istifadə edib.
Toqquşmalardan bir müddət sonra hökumət Tikrit və Samara şəhərlərində komendant saatı tətbiq edib.
İraqın baş naziri Nuri əl Maliki televiziyada çıxış edərək vətəndaşları “ölkəni dini vətəndaş müharibəsinə sürükləyənlərin hərəkətlərinə sakit baxmaqdansa təşəbbüslü olmağa” çağırıb.

Bu xəbər oxucular tərəfindən 853 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |