26.04.2013 [12:07] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Bu barədə Londonda yaşayan təbrizli sənətçi Məmməd Ənsari “Amerikanın Səsi”nə müsahibə verib.
Müsahibə olduğu kimi təqdim olunur:
“Elçin Əfəndiyevin yazdığı Mənim Sevimli Dəlim pyesi (nəqş) bu ay London şəhərinin Tristan Bates teatrında ingilis dilində səhnəyə çıxıb. My Favorite Madman adı ilə aprelin 9-dan 13-ə qədər britaniyalı auditoariyaya (muxatəblərə) təqdim edilən tamaşanın musiqisinin bəstəkarı Londonda yaşayan təbrizli sənətçi Məmməd Ənsari tamaşa haqda, habelə digər fəaliyyətləri ilə bağlı “Amerikanın Səsi”nə müsahibə verib.
Tamaşanın həm yerli tamaşaçılar, həm Böyük Britaniyada yaşayan azərbaycanlılar tərəfindən yüksək səviyyədə qarşılandığını bildirən Məmməd Ənsari deyir: “Tamaşanın musiqisini bəstələmədən öncə pyesi yaxşıca anlamaq üçün, həm Elçin Əfəndiyevin yazdığı orijinal əsəri, həm də Sənan Əliyevin tərcümə etdiyi ingiliscə mətni oxudum. Ayrıca məşqlərdə hazır olub, rejissor (yənətmən) və oyunçuların işləri ilə də tanış oldum.”
O, tamaşanı səhənəyə çıxaran rejissor, Matthew Gould və qrupun digər əməkdaşlarını Böyük Britaniyanın bacarıqlı incəsənət xadimləri kimi qiymətləndirir.
Musiqi üzrə ali təhsilini Azərbaycan Respublikası və İngiltərədə universitetlərində alan güneyli musiqiçi Təbrizdə yaşadığı illərdə də bir çox tamaşa və qısa-metrajlı film üçün musiqi parçaları bəstələdiyini qeyd edir.
“Bizim məşhur “Ayrılıq” mahnısnın yazarı Əli Səlimi kimi görkəmli mahnı müəlliflərimiz olub, ancaq Güney Azərbaycana məxsus musiqi əsərləri yaradan bəstəkarlarımız olmayıb,”-deyə, cənab Ənsarı mahnı müəllifliyi və bəstəkarlığın eyni şeylər olmadığını vurğulayır.
Ötən il Bakıda səsləndirilən 1945-46 illərində Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulan Azərbaycan Milli Hökümətinə həsr edilmiş 21 Azər Simfonik Poemasının (şeir) yaradıcısı növbəti əsərinin Təbriz Simfoniyası olacağını “Amerikanın Səsi” ilə paylaşıb.
Gənc musiqiçinin söylədiklərinə görə, istənilən mövzu ilə bağlı simfoniya yazmaq üçün həmin mövzu haqda kitablar oxuyur və o fəzanı hərtərəfli anlamaq və hiss etmək lazimdir: “Bu günlərdə, Təbrizi təsvir edən ədəbi əsərləri, o cümlədən Rza Bərahəninin Mənim yurdumun sirləri və Azadə xanım ilə yazarı romanlarını, həmçinin Səməd Behrəngi və Qulamhüseyn Saidinin kitablarını oxuyuram.”
Audionu izləmək üçün qaynağımız olan aşağıdakı LİNKi tıklaya bilərsiniz:
http://www.amerikaninsesi.org/content/article/1648132.html

Bu xəbər oxucular tərəfindən 1199 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |