Şrift:
İsrailin milli infrastruktur naziri Azərbaycanda səfərdədir
10.11.2011 [16:54] - Gündəm
İsrailin milli infrastruktur naziri Uzi Landaunun Azərbaycana səfəri başlayıb.
Bu gün səhər saatlarında U.Landau Bakıdakı “Xabad Or-Avner” təhsil mərkəzinə baş çəkib. Nazir mərkəzin müəllim-şagird heyəti ilə söhbət edib, tədris prosesini müşahidə edib. İsrail hökumətinin üzvü habelə təhsil mərkəzinin fəaliyyəti üçün yarıdılan şəraitlə tanış olub.

İsrailin milli infrastruktur nazirinin bu gün prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir. Uzi Landanun həmçinin Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və digər rəsmilərlə görüşləri nəzərdə tutulub. Görüşlərdə iki tərəf üçün maraq doğuran məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, U.Landaunun rəhbərlik etdiyi İsrail Milli İnfrastruktur Nazirliyinin səlahiyyətlərinə enerji siyasəti və onun icrası məsələləri daxildir.
Bu xəbər oxucular tərəfindən 953 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed