27.04.2013 [13:16] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Siyasi ekspert Ərəstun Oruclunun İran-Azərbaycan əlaqələri ilə bağlı müsahibəsini təqdim edirik:
"Güney Azərbaycan məsələsi son günlərAzərbaycanla İran arasında əməlli-başlı gərginlik yaradıb. Martın (march) 30-da Bakıda "Çağdaş Güney Azərbaycanın sabahı" mövzusunda keçirilən konfransdan sonra İran tərəfindən rəsmi Bakıya təhdidlərin arası kəsilmir. Əvvəlcə Tehrandakı səfirimiz İran Xarici İşlər Nazirliyinə çağırıldı, İran hökumətindən Azərbaycana nota gəldi, ardınca da ayrı-ayrı rəsmilərin dilindən Azərbaycana yönəlik sərt açıqlamlar səslənməyə başladı. Mövzu ilə bağlı suallar doğuran məqamlara aydınlıq gətirmək üçün siyasi ekspert (karşünas) Ərəstun Oruclu ilə söhbət etdik.
“Türkmənçay müqaviləsi bəhanədir”
- Ərəstun bəy, İranla Azərbaycan arasında nə baş verir? Güneylə bağlı yaşanan gərginliklərin səbəbi nədir?
- İran-Azərbaycan münasibətlərinin bu günkü səviyyəsinə ümumilikdə Azərbaycanın xarici siyasətində və digər dövlətlərin Azərbaycanla bağlı siyasətində baş verən ümumi bir səhnə fonunda baxmaq lazımdır. Gördüyümüz bu səhnə kifəyət qədər mürəkkəb, ziddiyyətli və gərgindir. Azərbaycan-Rusiya münasibətləri son dərəcə gərgindir və bu gərginlik artan xətt üzrə davam edir. Moskvanın rəsmi Bakıya təzyiqləri durmadan artır. Yeni-yeni təzyiq vasitələri meydana gəlir. Bu fonda rəsmi Bakı şüurlu şəkildə Qərblə münasibətləri gərginləşdirir. Qərb institutlarına və beynəlxalq qurumlara qarşı konkret addımlar atılır. ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Milli Demokratiya İnstitutuna qarşı təzyiqlər, bu fonda bəzi gənclərin həbsi, Azad Fikir Universitetinin bağlanması, ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Bakı ofisinin statusunun dəyişdirilməsi ilə bağlı rəsmi Bakının müraciəti... Bütün bunların fonunda İran başa düşür ki, artıq bu Azərbaycanda prinsipial (üsuli) dəyişikliklərə aparan yoldur. Şübhəsiz ki, o da bu prosesdə iştirak etmək, öz dividentlərini (qazanc) əldə etmək istəyir. Çalışır ki, Azərbaycanın daxili siyasətinə təsir göstərsin. İranın Azərbaycana təsiri Türkmənçay müqaviləsini parlamentə çıxarmaq və onun ləğvinə nail olmaqdan ibarət deyil. Biz bunun başqa təzahürlərini də görürük. İranda Azərbaycanla bağlı din xadimlərinin, siyasətçilərin çağırışları artır. Azərbaycanın ünvanına ABŞ və İsraillə əməkdaşlıq və bunun İrana qarşı olması ilə bağlı ittihamlar intensivləşir (artır). Nəhayət, Azərbaycanda İrana ən azı, dini baxımdan bağlı olan qruplaşmaların fəallığı artır. Düşünürəm ki, İran Azərbaycanın yaxın gələcəkdə formalaşacaq daxili durumunda öz yerini tutmağa çalışır.
- Sizcə, İran bu tədbirdən həqiqətən bu qədər hiddətlənib, yoxsa, bu, Azərbaycana qarşı uzun müddətdən bəri yığılıb-qalmış aqressiyanın (mühacimli, saldırqanlıq) ifadəsi idi?
- Mən bu münasibətin emosiya (ehsasat) təzahürü olmasını düşünmürəm. Hesab edirəm ki, bu, İranın Azərbaycanla bağlı praqmatik (əməli) siyasətinin əlamətləridir. Yığılıb-qalmış problemlər, Bakıda Güney Azərbaycanla bağlı keçirilmiş tədbir də öz yerində. Bu tədbir müəyyən stimul (əngizə) rolunu oynaya bilərdi. Amma rəsmi Tehranın Azərbaycanın İran torpaqları olması ilə bağlı bəyanatları ilk dəfə deyil səslənir. Deməzdlim ki, bu sadəcə bir emosiya idi. Sadəcə olaraq, Bakıda keçirilən tədbir, orada səslənən fikirlər İran tərəfindən bir bəhanə kimi istifadə olundu ki, bugünkü sərt siyasətə start verilsin. Bu isə konkret bir siyasətdir və hədəfləri də Azərbaycanda öz mövqelərini möhkəmləndirməkdir.
- Qısa müddətdə İranın dini lideri Ayətullah Xamneyinin iki ayrı nümayəndəsindən Azərbaycana yönəlik iki diqqət çəkən bəyanat gəldi. Onlardan biri – Hüseyn Şəriətmədari Şimali Azərbaycanda yaşayan şiələrin İranı öz arzularının qibləgahı saydığını və Azərbaycan Respublikasının İrana birləşdirilməsi üçün referendum keçirilməsini təklif etdi, digəri - Ayətüllah Şəbistəri isə rəsmi Bakını İslam dininə qarşı siyasət yürütməkdə ittiham edərək "Sionist rejim və amerikalı ağaların razılığını əldə etmək üçün bu kimi siyasətlər yürüdən Azərbaycan rəsmilərinin hərəkətləri onlar üçün yaxşı sonluqla nəticələnməyəcək” kimi bəyanat səsləndirdi. Amma nədənsə biz rəsmi Bakıdan bu bəyanatlara adekvat (yetərli) reaksiyalar eşitmirik...
“Azərbaycan İranın təzyiqlərində maraqlıdır”
- Doğrudan da çox qəribə bir məqamdır. İran tərəfdən Azərbaycana daim sərt mesajlar ünvanlanıb, amma Azərbaycan tərəfin də bunlara reaksiyası hər zaman maksimal dərəcədə yumşaq olub. Təbii ki, bir sıra istisnaları nəzərə almasaq. Görünür, Azərbaycan tərəfi də İranın belə bir təzyiqində maraqlıdır. Bu gün Azərbaycan hökuməti bütün mümkün vasitələrlə Qərbdən dəstək qazanmağa çalışır. Başa düşür ki, əsas söz sahiblərindən biri Qərbdir. Bunu əldə etməyə çalışırsa, demək ki, o dəstək yoxdur. Bu dəstəyin əldə olunması üçün müxtəlif vasitələrdən istifadə olunur. Bayaq dediyim kimi, Qərb institutlarına qarşı təzyiqlər, Azərbaycanın rəsmi KİV-lərində (kütləvi informasiya vasitələri) gedən anti-Qərb kampaniyası, kifayət qədər yüksək səviyyəli rəsmilərin dilindən səslənən anti-Qərb ritorika (ləffazi). Görünür, İranı da bir komponent kimi ora əlavə etmək istəyirlər ki, “baxın, bizim əsas düşmənimiz İrandır”. Susmaqda da məqsəd odur ki, “düşünməyin ki, biz İranı təxribata çəkirik. Biz heç nə etmirik, amma İran bizə təzyiq edir” görüntüsü yaratsınlar. Yəni Azərbaycan hakimiyyəti üçün bu daha effektiv (təsirli) texnologiya kimi görünür, nəinki hansısa bir anti-İran bəyanatı verib İranı qıcıqlandırmaq. Son vaxtlar mətbuat da bu məsələni çox qabarıq şəkildə gündəmə gətirir. Məsələn, dindarlar məsələsini. Həm daxildəki təpkini göstərmək istəyirlər ki, “baxın, daxildə də gərginlik artır. Bu biri tərəfdən də İran xaricdən təzyiq edir”. Yəni bu, Azərbaycan hakimiyyətinin ənənəvi texnologiyalarından biridir – baxın, bizim opponentlərimiz kimdir. Məhz bu məqsədlə Azərbaycan hakimiyyəti daha sürətli və daha intensiv şəkildə sivil opponentlərini (hərif, müxalif), eləcə də, vətəndaş cəmiyyətini həm hüquqi, həm maddi, yeri gələndə də fiziki baxımdan sıradan çıxarmaqla məşğuldur. Fiziki baxımdan deyəndə mən təkcə öldürməyi nəzərdə tutmuram. Elə şərləyib həbsə atmaq da bunun bir yoludur. Bu oyun Azərbaycana sərf edir. Bu baxımdan Azərbaycan susqunluq nümayiş etdirir. Göstərməyə çalışır ki, mən heç nə etmirəm, amma mənə qarşı təsir güclənir. İranın “Azərbaycan sionistlərin müttəfiqidir” ritorikası isə rəsmi Bakı üçün "göydəndüşmə" mesajdır.
- İran parlamentində Türkmənçay müqaviləsinə yenidən baxılmasını və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirilməsini nəzərdə tutan qanun layihəsinin hazırlanması gündəmə gəlib. İranın ölkəmizdəki səfiri də bunu "bu təklif Bakıda İran əleyhinə keçirilən konfransa cavab idi" şəklində şərh edib.
- Məncə çox qeyri-ciddi izahdır. Birincisi ona görə ki, İran Türkmənçay müqaviləsini birtərəfli qaydada ləğv edə bilməz. Bu tək İranın imzaladığı sənəd deyil. Burada Rusiya da var. İkinci bir tərəfdən, deyək ki, İran lap Türkmənçay müqaviləsini ləğv etdi. Sonra nə olacaq? Beynəlxalq birliyin üzvü olan, strateji tərəfdaşları olan müxtəlif beynəlxalq qurumların üzvü olan Azərbaycanı işğal edəcək?
- Söhbət, hələ bunun hüquqi nəticələrindən getmir, söhbət, səfirin İranın bu təşəbbüslərinə haqq qazandırmasından gedir.
- Səfir buna haqq qazandırmağa çalışırsa, bu artıq siyasi, hüquqi, diplomatik yanaşma deyil. Səfir dövlət təmsilçisidir. Dövlət təmsilçisi öz yanaşmalarında hüquqi bazaya əsaslanmalıdır. “Sizdə belə tədbir keçirildi, o təklif də buna cavab oldu” demək artıq çox qeyri-ciddi yanaşmadır.
“O zaman İran da Ermənistanla müttəfiqlik etməsin”
- Amma səfir bunu belə arqumentləşdirir ki, bu konfrans İranın ərazi bütövlüyünə təhdid idi, Tehran əleyhinə yönəlmişdi. Ərazi bütövlüyü isə İran üçün qırmızı xətdir, onu keçmək olmaz. ..
- O zaman İran nəzərə almalıdır ki, bizim üçün də ərazi bütövlüyü ən prioritet və həyati məsələdir və bizim əraziləri işğal etmiş Ermənistanla hərbi, iqtisadi, siyasi müttəfiqlik etməməlidir. Bunu eləyə-eləyə bizdən, İrana qarşı heç bir addım atmayan İsraildən uzaqlaşmağı tələb etməməlidir. Çox təəssüf ki, Azərbaycan hökuməti də buna bu vaxta qədər dözərək hələ də İsraildə səfirlik açmayıb. Mən hesab edirəm ki, Azərbaycan artıq İsraidə səfirlik açmalıdır. İran bunu istəyir-istəmir, bu kimə xoşdur, xoş deyil, Azərbaycan öz siyasətini aparmalıdır. O zaman İran da öz yerini biləcək. Bu tipli bəyanatlar, bu tipli cəhdlər ortaya çıxmayacaq. Əgər İran üçün ərazi bütövlüyü qırmızı xətdirsə, bizim üçün də qırmızı xətdir. İkincisi də, əgər İran Türkmənçay müqaviləsini ləğv edirsə, yaxşı-yaxşı düşünməlidir. Türkmənçay müqaviləsindən əvvəl ortada nə var idi? Hansı reallıqlar var idi? Belə çıxır ki, Azərbaycanın bölünməsi gündəlikdən çıxır. O zaman Bakıda o konfransı keçirənlər, o çağırışları səsləndirənlər tam haqlıdılar ki?!
“İranı qorxuya salan öz siyasətidir”
- Necə düşünürsünüz, bəlkə İranı qorxudan tamam başqa məqamdır. Məsələn, ABŞ-ın Güneydə milli oyanış hərəkatının genişlənməsində maraqlı olması və Güneylə bağlı Azərbaycanda səslənən tələblərin Qərbin İranla bağlı planının tərkib hissəsi olması. Çünki hazırda Azərbaycan Güney məsələsində rəsmi Tehran üçün ciddi təhlükə sayıla bilməz. Ən azı ona görə ki, ölkənin öz daxilində kifayət qədər problem var.
- Məncə qorxu başqa şeydən irəli gəlir. Bu gün beynəlxalq birliklə ciddi problemlər üzündən İranın daxilində həm sosial-iqtisadi, həm də siyasi vəziyyət durmadan gərginləşir. Bu fonda da istənilən dövlətdə olduğu kimi İranda da separatçılıq və mərkəzdənqaçma meylləri güclənir. Əlbəttə, rəsmi Tehran özünə bunun hesabatını verir. Bir sıra hallarda biz heç bir xarici təsir olmadan Cənubi Azərbaycanın daxilində milli şüur oyanışı prosesinin təzahürlərini görürük. Adi bir futbol matçında qaldırılmış və ingilis dilində yazılmış “Cənubi Azərbaycan İran deyil” şüarına diqqət edək. Tehran bunu görür. Hətta bizim görmədiyimiz bir çox başqa məqamları da görür. Narahatçılığın səbəbləri bundan qaynaqlanır. Amma mən güman etmirəm ki, bunun arxasında Amerika, İsrail və ya başqa bir dövlətdən gələn təhlükə qorxusu durur. Bunun arxasında İranın özünün həyata keçirdiyi milli diskriminasiya siyasəti dayanır. Məgər İran böyük qonşusunun – Sovetlər birliyinin (Şurəvi) təcrübəsini görmür ki? Sovetlər birliyi İrandan qat-qat güclü, İranın bu günki teokratik rejimindən qat-qat azad, milli azlıqların hüquqları baxımından da xeyli azad bir dövlət idi. Yəni bizim sovet dövründə hər şeyimiz var idi. Milli televiziyamız, milli radiomuz, öz dilimizdə qəzetlərimiz, ana dilində orta və ali təhsilimiz, Milli Elmlər Akademiyamız. Amma təbii ki, müəyyən məhdudiyyətlər də var idi. Əlifbamız dəyişdirilmişdi, tariximiz saxtalaşdırılmışdı, Moskvadan idarə olunurduq və s. Amma buna baxmayaraq, Milli Azadlıq Hərəkatı yenə vüsət aldı. Məncə, İranda obrazlı desək, sağa- sola siyasi anlamda atəşlər açmaqdansa, o təcrübənin üzərində yaxşı-yaxşı düşünməlidirlər. Bu günki Tehran rejimi ilə müqayisədə qat-qat çox azadlıq verən Sovet İttifaqı məhz milli azadlıq mübarizələri fonunda dağıldı. İranın narahatlığı bundandır. Ona görə bir az öz daxili siyasətini dəyişsə, kimlərinsə ünvanına təhdidlər yağdırmağa ehtiyacı olmaz və qonşuları ilə də daha xoş münasibətlərdə olar.
- Bundan sonra münasibətlər hansı müstəviyə keçəcək? Ekspertlər deyir ki, adətən İran-Azərbaycan münasibətlərində böhran yaşananda dövriyyəyə Rusiya girirdi. İndi Azərbaycan hökumətinin Rusiya ilə də münasibətləri korlandığından rəsmi Moskva məsələyə müdaxilə etmək marağında deyil...
- Bizim mərkəzin apardığı araşdırmalar göstərir ki, Rusiya artıq bir çox məsələlərdə beynəlxalq birliklə birgə addım atır. Təbii ki, öz maraqlarını qorumaq şərtiylə. Beynəlxalq birlik də bunu nəzərə alaraq prinsipial məsələlərdə Rusiyanın maraqlarına çox ciddi xələl gətirən addımlar atmır. Bu fonda Tehran təbii ki, özünün bölgədəki maraqlarını reallaşdırmaq planlarında ənənəvi müttəfiqini – Rusiyanı itirib. Artıq Rusiya başqa düşərgədədir və bu düşərgə heç də rəsmi Tehrana dost, müttəfiq düşərgə deyil. Yeri gəlmişkən, İranın bir narahatlığı da elə bundan qaynaqlana bilər. Tehran başa düşür ki, Cənubi Qafqaz məsələsində özünün ənənəvi müttəfiqini – Rusiyanı faktiki olaraq itirib. Nəinki itirib, hətta deyərdim ki, Rusiya az qala onun rəqibinə çevrilib. Ona görə burada hər şey beynəlxalq siyasətin iki xətt üzrə gedişindən asılıdır. Birinci xətt beynəlxalq birliyin və qismən də olsa, onunla anlaşmada ola biləcək Rusiyanın Cənubi Qafqaz siyasətindən asılıdır. İkinci xətt isə beynəlxalq birliyin İran siyasətindən. Yəni əgər həqiqətən də beynəlxalq birlik və Rusiya Cənubi Qafqazla bağlı razılaşdırılmış siyasət aparırsa, deməli İrana burada yer yoxdur. Çünki İran bu qədər böyük güclər qarşısında hansısa dividentlər əldə etmək imkanında deyil. Xüsusilə də, özünün ənənəvi yanaşmaları ilə – təhdidlərlə, hədələrlə və s. İkinci məsələ, Tehranın özünün ətrafında həmin o nüvə proqramı həlqəsinin nə dərəcədə sürətlə daralmasıdır. Tehrana qarşı sanksiyalar (təhrimlər) getdikcə sərtləşir. Bunun da yaxın zamanlarda yumşalacağı inandırıcı görünmür. Bu da İran üçün təkcə milli-etnik, sosial-iqtisadi deyil, həm də siyasi zəmində, özü də hakim elitanın içində ciddi problemlər yaratmaqdadır. Məsələn, bir neçə həftə əvvəl biz İran prezidenti ilə parlament spikeri (sədri) arasında çox sərt polemikanın (bəhs) şahidi olduq. Bu, pərdəarxası döyüşlərin üzə çıxan təzahürlərindən biridir. Yeri gəlmişkən, bu, İranda çoxdan var idi. Sadəcə olaraq, vəziyyət gərginləşdiyindən mübarizə də kəskinləşib. Bu cür daxili problemləri olan Tehranın sonradan Cənubi Qafqazda da revanş götürmək istəyi əlbəttə ki, beynəlxalq birliyin ona qarşı mövqeyini daha da sərtləşdirər və qəti addımlar atmağa sövq edər. Ona görə mən düşünmürəm ki, Tehran-Bakı münasibətləri gərginləşsə belə, bu, sərt bəyanatlardan o tərəfə keçəcək. Rəsmi Tehranın nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqaz bölgəsində fəal siyasi mərhələyə keçmək cəhdi ona qarşı beynəlxalq birlik tərəfindən çox qətiyyətli addımların atılmasına səbəb ola bilər. Mən ümid edirəm ki, Tehranda bunu obyektiv dəyərləndirirlər."
Gültəkin Knyazqızı

Bu xəbər oxucular tərəfindən 1074 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |