Şrift:
“Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur”
21.09.2011 [12:17] - Hərb
Ordunun Dostları Mətbuat Klubunun sədri Emin Həsənlinin SəsTv-yə müsahibəsi

- Son vaxtlar Müdafiə Nazirliyi ilə bağlı müxalifət mətbuat və onlara havadarlıq edənlər ictimayi rəyi çaşdırmağa xidmət edən məlumatlar yayırlar. Bu tip dezinformasiyalara Ordunun Dostları Klubunun cavabı nədən ibarətdir?

- Biz hər zaman bəyan etmişik ki, ordu mövzusu elə mövzudur ki, bu hər bir dövlətin atributudur, O cümlədən Azərbaycan Dövlətinin əsas atrubutudur. Ordu məsələsini siyasiləşdirmək olmaz, ordu nə iqtidarın, nə də müxalifətin deyil. Ordu dövlətə məxsusdur, bütövlükdə xalqı qoruyur. Azərbaycnın hər bir vətəndaşı siyasi mənsubiyyətundən asılı olmayaq tuduğu vəzifəsindən, peşəsindən asılı olmayaraq dövlətimizin qüvvətli, güclü olması ilə bərabər ordumuzun da güclü, qüdrətli olması üçün çalışmalıdır.
Azərbaycan silahlı qüvvələləri cənab prezidentin qeyd etdiyi kimi Cənubi Qafqazdın ən güclü ordusudur. Artıq 3 ildir ki, Azərbaycan ordusunda hərbi paradların, təlimlərin keçirilməsi bunu bir daha sübut edir. 2008-ci il iyun ayının 26-da Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyyi ilə bağlı çox möhtəşəm hərbi parad keçirildi. Azərbaycan Respublikası prezidenti, ali baş komandan İlham Əliyev hərbi paradı qəbul etdi və Azərbaycanın hərbi gücünü, qüdrətini nümayiş etdirdi. Bu Azərbaycan iqtisadiyyatının və Azərbaycan dövlətinin nə qədər güclü olmasınının bariz nümunəsidir. 2009-cu ilin iyun ayında cənab prezidentin rəhbərliyi altında Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin daxili qoşunları və Dövlət Sərhəd Xidməti hər üçü birlikdə möhtəşəm hərbi əməliyyat təlimlər keçirdi. Bu əməliyyat Azərbaycanı istəməyən qüvvələrə bir mesaj idi ki, Azərbaycan istədiyi zaman öz torpaqlarını hərbi yolla azad etmək qüdrətinə malikdir. 2010-cu ildə təkrar hərbi təlimlər keçirildi və müdafiə naziri Səfər Əbiyevin rəhbərliyi altında bu cür təlimlər Azərbaycanın ayrı-ayrı hərbi birləşmələrində və bölgələrində keçirilir. Hal-hazırda Naxçıvanda hərbi təlimlər davam edir.
Xatırladım ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına və bu məktəbin ən yüksək səviyyədə təşkilinə nail oldu. Həqiqətən də bu hərbi məktəb müstəqilliyimizi əldə etdikdən sonra milli ordu quruculuğunun əsas dayağına çevrildi. Son 15 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrələrini verib. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Ümummilli lider Heydər Əliyevin dəyərli ənənələrini hərbi sahədə də uğurla davam etdirən prezident İlham Əliyev orduya böyük diqqət və qayğı göstərir. Bu qayğının nəticəsində son 5 ildə ordumuzun maddi-texniki bazası xeyli möhkəmlənib, əsgər və zabitlərin peşəkarlığı artırılıb. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Təsadüfi deyil ki, müasir dövrdə ölkəmizdə çox mühüm sahələr olan hərbi təhsil və hərbi səhiyyə də özünün yüksək inkişaf mərhələsini yaşayır. Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. NATO ilə sıx əməkdaşlığın əsas missiya və məqsədi də məhz milli ordu quruculuğu prosesini təkmilləşdirmək, modernləşdirmək və Qərb standartlarına uyğunlaşdırmaqdır. Bu prosesi uğurla həyata keçirən siyasi və hərbi rəhbərlik Azərbaycanı qısa bir zamanda regionun ən nüfuzlu dövlətinə və sivil dünya üçün ən etibarlı tərəfdaşlardan birinə çevirə bilib. İndi Azərbaycan sülhməramlılarının xoş sorağı beynəlxalq miqyasda yayılır və hər birimizdə qürur hissi doğurur. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xəttə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir. Azərbaycan ordusunun qüdrətinin müntəzəm şəkildə artması işğalçı Ermənistanı və ölkəmizə ikili standartlarla yanaşan xarici dairələri ciddi narahat etməkdədir.
Mətbuat yaxşı olardı ki, bizim ordu haqqında tənqidi fikirlər söyləməklə yanaşı, eyni zamanda müsbət fikirlər də bildirsinlər. Qəzetlədə çıxan ordunu gözdən salma kompaniyası mən hesab edirəm ki, bu doğru kompaniya deyil. Bu Azərbaycan dövlətinə, silahlı qüvvələrinə və hər birimizə qarşı mənfi rəydir.


- Azərbaycan Silahlı Qüvvələrinin regionun ən güclü ordusuna çevrilməsi nəyə görə xarici və daxili qüvvələri bu dərəcədə narahat edir?

- Xarici qüvvələr və beynəlxalq aləm tez-tez bəyanat verir ki, Azərbaycan silahlanır, daha çox müasir silahlar alır və dövlətin büdcəsi böyüdükcə orduya daha çox dəstək verir. Prezident İlham Əliyev çox tutarlı arqumentlə bildirib ki, torpaqlarımızı işğaldan azad edənə qədər öz ordumuzu gücləndirməli, həmişə ordunun qüdrətli olması üçün çalışmalıyıq”.
Biz heç kimin torpağını işğal etmək istəmirik, bizim torpağımız işğal edilib və illərdir ki, işğal davam edir. Azərbaycan ordusu günü-gündən peşəkarlığını artırır. Milli Qəhrəman Mübariz İbrahimov bir şeyi sübut etdi ki, bu gün Azərbaycanda elə bir gənclik yetişib ki, onlar torpaqların düşmən tapdağı altında qalması ilə barışmırlar. O sübut etdi ki, bir Azərbaycan giziri, zabiti bütünlüklə bir Ermənistan ordusuna bərabərdir. Bunu bütün beynəlxalq aləm, region dövlətlər və ATƏT həmsədrlik edən dövlətlər də gördü. Bu gün Azərbaycan Silahlı Qüvvələri Mübariz İbrahimov kimi təlimli, cəsartəli, qabiliyyətli eyni zamanda və qarşıya qoyulan döyüş tapşırıqlarını mükəmməl surətdə yerinə yetirməyə qadirdilər.
Bu xəbər oxucular tərəfindən 2282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed