Şrift:
Kərkükdə gərginlik qalmaqdadır
29.04.2013 [10:35] - Türk dünyası-Turan
İraqdakı türklərin tarixi torpaqları Kərkük ətrafında Bağdadla ölkənin şimalını idarə edən kürdlər arasında qarşıdurma davam edir.

Türkiyə NTV-sinə istinadən məlumatına verilir, bu bölgə kürd silahlıları, «pəşmərgələr»tərəfindən mühasirəyə alınıb.

Kürd silahlılarının mətbuat təmsilçisi Halgurt Hikmət bildirib ki, Kərkük valisi Nəcməddin Kərimlə keçirilən toplantıdan sonra «terrorçuların içəri girməsinin qarşısını» almaq məqsədi ilə «pəşmərgələr» ora yeridilib.

Onun sözlərinə görə, Kərkükün daxilində isə təhlükəsizliyi isə yerli polis qüvvələri nəzarət edəcək.

İraq məclisinin bir qrup deputat bölgədə baş verənləri araşdırmaq üçün bu şəhərə gəlib.

Qeyd edək ki, Kərkükün Havicə qəsəbəsində başlayıb, ətrafa yayılan qarşıdurma nəticəsində 92 nəfər həlak olub, çoxlu sayda sakin yaralanıb.

Xatırladaq ki, İraqın Səlahəddin əyalətində türklərin (türkmən) sayca üstünlük etdiyi Tuzhurmatu kəndində gərginlik yaşanmaqdadır. Kəndə hücum edilib. Bununla yanaşı, Hasadarlı kəndinə hərbi vertolyotlardan raket atılıb. Bu atəş nəticəsində bir evdəki 6 nəfərin hamısı yaralanıb.
Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed