Şrift:
Hizbullahın keçmiş lideri: İran bizə Suriyada döyüşməyi tapşırdı
29.04.2013 [10:53] - Gündəm, Hərb
"Hizbullah" silahlı qruplaşmasının keçmiş rəhbəri Sübhi əl Tufaylinin sözlərinə görə, İran bu qruplaşmanı Suriyadakı vətəndaş müharibəsində iştiraka təhrik edib.

The Jerusalem Post qəzeti Sübhi əl Tufaylinin, İranın "Hizbullah" döyüşçülərinə Bəşər Əsəd rejiminə dəstək vermək, müxalifətə qarşı vuruşmaq tapşırığı verdiyini bildirib.

Livanın "Future Television" kanalında çıxış edən "Hizbullah"ın keçmiş lideri bildirib ki, Suriyadakı döyüşlərdə adı çəkilən qruplaşmanın ən azı 138 döyüşçüsü həlak olub. Bir çox "Hizbullah" döyüşçüləri isə Suriya müxalifətinə qarşı döyüşlərdə yaralanıb.

Sübhi əl Tufayli onu da bildirib ki, Suriyadakı döyüşlərdə iştiraka görə "Hizbullah" qruplaşması iki hissəyə parçalanıb.
Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed