Şrift:
Rusiya hökuməti Azərbaycanla enerji sistemlərinin fəaliyyətinə dair saziş layihəsini bəyənib
10.11.2011 [16:59] - İqtisadiyyat
Rusiya hökuməti Azərbaycan və Rusiya arasında imzalanacaq iki ölkənin enerji sistemlərinin paralel fəaliyyətinin təmin olunması haqqında saziş layihəsini bəyənib.
Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti açıqlama yayıb.

Layihəyə əsasən, Azərbaycan və Rusiya öz enerji sisteminə verilməsi planlaşdırılan elektrik enerjisinin həcmini hər il razılaşdıracaq, həmçinin enerji obyektlərinin lazımi texniki vəziyyətini və istismarını təmin edəcəklər.

Sazişin yerinə yetirilməsinə nəzarəti Rusiya tərəfdən “İnter RAO EES” ASC, “FSK EES” ASC və “EES Sistem Operatoru” ASC, Azərbaycan tərəfdən isə “Azərenerji” ASC həyata keçirəcək.

Saziş qeyri-müəyyən müddətə bağlanacaq və qüvvəyə mindikdən bir il sonra tərəflərdən hər hansı birinin istəyi ilə ona xitam verilə bilər.
Bu xəbər oxucular tərəfindən 1446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed