29.04.2013 [15:35] - Gündəm, Mədəniyyət
Azərbaycan prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyə dəstəyi ilə Ağdam rayonunun işğal olunmamış ərazilərində və Ağcabədi rayonunda mövcud olan arxeoloji abidələrin elektron qeydiyyatı aparılır.Martın 29-dan aprelin 30-dək Ağdamın işğal olunmamış kəndlərində, həmçinin Ağcabədi rayonunun Qarqarçay vadisi boyunca yerləşən ərazilərində müxtəlif dövrləri əhatə edən 180 arxeoloji abidə elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilib. Qarabağ neolit-eneolit ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov bildirib ki, qeydiyyatı aparılan arxeoloji abidələrdən yerüstü materiallar toplanıb, fotoları çəkilib, bir çoxunun isə topoplanı hazırlanıb.
Ekspedisiya İkinci əsas tədqiqat obyekti olan Fərmantəpə eneolit dövrü yaşayış yerinin 100 kv. m sahəsində arxeoloji kəşfiyyat qazıntısı aparıb. Qazıntılar nəticəsində abidənin mədəni təbəqə yatımının qalınlığını müəyyən edilib və steotiqrafiyası — torpaqda qat təbəqələrinin düzülüşü öyrənilib. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, qeydiyyata alınan 180 abidədən 115-i Qarabağın erkən əkinçi-maldar tayfalarına aid yaşayış yerlərinin qalıqlardır.

Bu xəbər oxucular tərəfindən 1073 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |