Şrift:
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın neft-qaz sektorunda atmosferə tullantıları qiymətləndirəcək
10.11.2011 [17:02] - İqtisadiyyat
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Dünya Bankının (DB) Qlobal Qaz Yandırılmalarının Azaldılması (GGFR) tərəfdaşlığına qoşulub. Məqsəd – Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanda neft-qaz əməliyyatlarında biznes rəqabətliliyini və ətraf mühit standartlarını inkişaf etdirmək üçün enerji səmərəliliyi tədbirlərinə kömək etməkdir.

AYİB-dən verilən məlumata görə, bu birgə təşəbbüs sayəsində hər iki bank neft istehsal edən ölkə və şirkətlərə enerji mənbələrinin tullantılarını azaltmaqda və ətraf mühitə zərər vurmasına qarşı mübarizədə yardım edəcək. Hazırda səmt qazının və neftçıxarmada olan tullantıların çox hissəsi yandırılır və yaxud atmosferə buraxılır.

AYİB bu öhdəçiliklə həmçinin belə qazlarla yaranmış problemləri aradan qaldırmaq üçün neft istehsal edən 30 əsas ölkənin və şirkətin təşəbbüslərini əhatə edən GGFR tərəfdaşlığı ilə birləşəcək.

Müxtəlif neft və qaz şirkətləri ilə əməkdaşlıqda AYİB və DB-nın GGFR əməkdaşlığı 4 ölkənin 100 neft sahəsində qaz axması və yandırılması əməliyyatlarını qiymətləndirmək üçün nəzərdə tutulmuş innovasiyalı bazar araşdırmalarını idarə edəcək və neft istehsalı ilə bağlı olan qazların sonrakı istifadəsinə maneələri müəyyən edəcək. Həmçinin, araşdırma hazırkı qanuni və nizamlı işləri analiz edəcək və bazar, infrastruktur və maliyyə maneələrini araşdıracaq.

Yeni araşdırmanın bir hissəsi kimi, beynəlxalq və yerli ekspertlər hər ölkədə neft yataqlarının onların yerləşməsinə, növünə və ölçüsünə görə kateqoriyalara böləcək. Onlar həmçinin səmt qazının xüsusiyyətləri və onların kimyəvi tərkibi ilə yanaşı, neft-qaz istehsalı və xüsusi enerji istehlakının həcmini müəyyən edəcək.

«Müəyyən olunmuş 4 ölkə dünyanın yanma problemləri olan əsas ölkələr sırasındadır. Keçən il 134 mlrd. kubmetr həcmində qiymətləndirilən qlobal qaz yandırılması təkcə faydalı enerji resurslarının tullantıları deyil, həmçinin 360 mln. ton istixana qaz tullantıları üçün hesab bazası sayılır. Sonuncu peyk məlumatına əsasən, bu səmt qazının 40 mlrd. kubmetrdən çox və yaxud qlobal yanmanın 30%-i 2010-cu ildə Avropada və Mərkəzi Asiyada yandırılıb, bunun 100 mln. tonu isə karbon dioksididir və təxminən 20 mln. avtomaşının atmosferə buraxdığı tullantıya bərabərdir», - deyə AYİB-dən bildirilib.

AYİB bu istiqamətdə aparılacaq araşdırmalar üçün 1 mln. avro ayıracaq. Araşdırmalar Norveçin «Carbon Limits» şirkəti tərəfindən yerli ekspertlərin iştirakı ilə aparılacaq ki, araşdırmanın nəticələri 2012-ci il açıqlanacaq.
Bu xəbər oxucular tərəfindən 2148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed