01.05.2013 [14:12] - Gündəm, Siyasət
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbərliyi şəxsində rəsmi Bakından bir qrup emissary(göndərilmiş)- diplomatlar və hökumətyönlü siyasətçilər Vaşinqtona gediblər. Bu günlərdə onlar “İran və digər qonşular tərəfdən regional (bölgəsəl) təhlükənin səsini” Amerikaya çatdırmaq üçün görüşlər keçirirlər.
“Biz Amerika xalqına İranın Azərbaycana qarşı təzyiqinin artdığını bildirmək üçün buradayıq. Tehran bizim xarici siyasətimizə müdaxilə etmək istəyir və bu, bizi narahat edir. Biz istəyirik ki, ABŞ-ın (Amerika Birləşmiş Ştatları)– bizim strateji tərəfdaşımızın ən azından bu proseslər barədə məlumatı olsun və bizi dəstəkləsin”, deyə nümayəndə heyətinin üzvü Asim Mollazadə "Turan"ın müxbirinə bildirib.
Aprelin 29-da Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən müzakirələrin mövzusu “İran-Azərbaycan əməkdaşlığı və Qafqazda strateji rəqabət” olub.
Bununla belə, müzakirələr Azərbaycan hökumətinin Vaşinqtondan hansı dəstəyi almaq istədiyi və Bakıda ABŞ Milli Demokratiya İnstitutuna qarşı davam edən kampaniya, Qərbin Azərbaycanda rəngli inqilablar hazırlamaqda ittiham edilməsi fonunda onların nə dərəcədə ciddi səslənməsi suallarına cavab verməyib.
Bu arada, tədbirdə çıxış edən Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, İran-Azərbaycan münasibətləri gərginliyin artması ilə səciyyələnir. "Son illər Tehran Azərbaycanın dünyəviləşməsini və mədəniyyətini təhlükə kimi görür".
Öz növbəsində, dəvət edilmiş CSİS-in Rusiya və Avrasiya üzrə elmi əməkdaşı Sergey Markedonov bildirib ki, İran “Yaxın şərq problemlərinin Qafqaza ötürülməsi” imkanı ilə əlaqədar region (bölgə) üçün təhlükə yaradır. "İran region dövləti olmağa çalışır. Tehranın Qafqaz regionu ilə bağlı siyasəti praqmatizm və inqilabi ideyaların qarışığıdır”, deyə o bildirib.
Eyni zamanda, Yaxın Şərq İnstitutundan Aleks Vatanka və bəzi Vaşinqton analitikləri hesab edirlər ki, İran-Azərbaycan münasibətləri “yüksəlişlər və enişlərlə” səciyyələnir və gələcəkdə də bu, çətin ki, dəyişsin.

Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |