02.05.2013 [11:21] - Gündəm, Siyasət
Bu fikirlər tanınmış Qərb təhlilçisi Aleksandros Petersenin ayda iki dəfə çıxan nüfuzlu “The National İnterest” məcmuəsinin son sayında dərc olunmuş məqaləsində yer alıb.
ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Vilson Mərkəzində çalışan professor Petersen yazır ki, Amerikanın başının Quzey Koreyaya qarışdığı bir vaxtda İran bölgədə meydan sulamağa başlayıb.
Müəllifin fikrincə, İran “balaca şeytan”la, yəni İsraillə, haqq-hesab çürütməyə çalışır. ABŞ-ın müttəfiqi olan Körfəzin sünni ölkələri ilə də İranın düşmənçiliyi yeni bir şey deyil:
“Lakin bu yaxınlarda İranın millət vəkilləri Amerikanın başqa bir müttəfiqinə hədə-qorxu gəlməyə başlayıblar: Onlar təlqin etmək istəyirlər ki, İsrail kimi, Azərbaycan da müstəqil ölkə olaraq xəritədən silinə bilər”.
Müəllif vurğulayır ki, istər ölkənin içərisində, istərsə də xarici diasporada iranlılar Qafqaz və Mərkəzi Asiyanın İranın tarixi əraziləri olduğuna inanırlar. Onların fikrincə, Xəzər sahilində Rusiya və İran arasında olan Azərbaycanın müstəqilliyi ona görə mümkün olub ki, İran hazırda geosiyasi mənada çox zəifdir.
“Burası da var ki, İran hökumətinin rəsmiləri bu vaxtadək suverenliyi beynəlxalq birlik tərəfindən tanınmış qonşularının varlığını şübhə altına almaqdan çəkinirdilər” – yazır müəllif. Petersenin fikrincə bu, xüsusilə də Azərbaycana aiddir, çünki İranın şimalında böyük Azərbaycan əhalisi var. “Məhz bu qonşunu hədələmək, İranın milyonlarla vətəndaşında qəzəb hissi oyada bilər” – yazır təhlilçi.
İRAN AZƏRBAYCANIN 17 ŞƏHƏRİNİ İSTƏYİR
Aleksandros Peterson qeyd edir ki, bu vəzityyət iki həftə bundan əvvəl dəyişib, belə ki, İran Parlamentinin təhlükəsizlik və xarici siyasət komitəsi sədrinin müavini Mənsur Həqiqətpur Azərbaycanın paytaxtı Bakı da daxil olmaqla şimaldakı 17 şəhərin İrana ilhaq edilməsi üçün hərəkətin başlandığını elan edib. O hətta bir az da irəli gedərək iddia edib ki, “İran Azəriləri İrandan Qacar sülaləsinin halkimiyyəti zamanı qopardılmış şəhərləri geri almağa hazırdırlar”. Aleksandros Petersen yazır ki, İran millət vəkilləri bu bəyanatlara əsas kimi 1828-ci ildə İran və Rusiya arasında bağlanmış Türkmənçay müqaviləsini göstərirlər. Müəllif qeyd edir ki, adətən çılğın bəyanatları ilə seçilən prezident Əhmədinejad “ölkənin yeni xəritəsi” barədə hələlik fikir söyləməyib. Peterson yazır ki, Tehran bu kimi iddiaları Azərbaycanın müstəqil olduğu ilk vaxtlarda da dilə gətirmişdi.
Analitikin fikrincə, hazırkı iddialara səbəb Azərbaycanın regionda (bölgədə) dinamik oyunçuya çevrilməsi, Amerika və NATO ölkələri ilə, həmçinin İsraillə yaxın əlaqələr qurmasıdır:
“Azərbaycan İranın qatı düşməni İsraillə müdafiə sahəsi ilə bağlı bir sıra müqavilələr bağlayıb”.
O qeyd edir ki, rəsmən təsdiq edilməsə də Amerika və İsrail İrana qarşı hərbi əməliyyat keçirmək zərurəti yarandıqda Azərbaycan ərazisindən “yanacaqdoldurma məntəqəsi” kimi istifadənin mümkünlüyünü müzakirə ediblər.
Burada qeyd etmək yerinə düşərdi ki, rəsmi Bakı öz ərazisindən başqa ölkələrin İrana qarşı mümkün hərbi əməliyyat üçün istifadəsinə imkan verməyəcəyini bildirib.
ABŞ İRANIN QONŞULARINI HİMAYƏ ETMƏLİDİR
Lakin Aleksandros Petersen bu firikrdədir ki, Azərbaycanın özünə regiondan kənarda müttəfiqlər axtarması tamamilə təbiidir.
Onun fikrincə, Azərbaycan müstəqil olandan bəri keçmiş metropoliyası olan Rusiya tərəfindən həmişə gözümçıxdıya salınıb, onun cənub qonşusu İran isə bildirib ki, müharibə olarsa, ilk növbədə Azərbaycanın neft kəmərlərini hədəfləyəcək.
Aleksandros Petersen yazır ki, İranın aqressiv davranışı ABŞ üçün dərs olmalıdır.
Onun fikrincə, İran nüvə ölkəsinə çevrilərsə, ilk növbədə Azərbaycan, İraq və Bəhreyn kimi qonşularına meydan oxuyacaq. Təhlilçi yazır ki, məhz buna görə də ABŞ İranın qonşularını qanadı altına almalıdır.
Onun fikrincə, Tehranın Azərbaycanı ilhaq etmək hədələrinə, İsrailə qarşı hədələr qədər ciddi baxılmalıdır.

Bu xəbər oxucular tərəfindən 1456 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |