11.11.2011 [10:23] - Hadisə
Tərtər rayonunda qətl törədilib. Bu barədə Rayon Prokurorluğundan bildirilib.
Hadisə ötən gün rayonun Sarıcalı kəndində qeydə alınıb. Kənd sakini, 36 yaşlı Tünzalə Qəşəm qızı Həsənovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı mənzildə aşkarlanıb. Dərhal hadisə yerinə Rayon Prokurorluğunun əməkdaşları gəlib. Meyitə ilkin baxış keçirilərkən onun boğularaq öldürüldüyü müəyyən edilib. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı Tərtər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Bu xəbər oxucular tərəfindən 1194 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |