Şrift:
Göksel Gülbey:Türkiyədə erməni diasporu son günlər aktiv fəaliyyətə keçib
02.05.2013 [12:00] - Gündəm, Türk dünyası-Turan
Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksel Gülbeylə müsahibə.

- Türkiyədə erməni diasporunun güclü olması ilə bağlı fikirlər dolaşır. Bu nə qədər realdır?

- Erməni diasporu son günlər aktiv fəaliyyətə keçib. Xüsusilə, qondarma soyqırım günü ilə bağlı Türkiyənin ən sayılıb seçilən və ictimaiyyətinin diqqət mərkəzində olan yerlərində tədbirlər keçirirlər.

Əsasən də ölkənin tanınmış şəxslərini öz tərəflərinə çəkərək, onların dili ilə ölkəyə səs gətirəcək açıqlamalar verirlər. Bu fikirlər ölkənin media orqanlarında yayımlanır və bununla da ictimaiyyəti çaşdırmağa çalışırlar. Ortada bir fakt var ki, erməni diasporu 2015-ci illə bağlı xüsusi planlar işləyirlər və bu aylardan başlayaraq Türkiyənin içərilərinə doğru hərəkət edirlər. Etiraf etməliyik ki, buna da nail olurlar. Türkiyədəki diaspor fəaliyyəti göstərən bəzi təşkilatların içərisində olan insanlar bu qondarma qətliamın baş verib-vermədiyi mövzusunda tərəddüd etməyə başlayıblar.

Artıq bəzi insanlar babalarımız erməniləri öldürməsi kimi sözlər işlədirlər. Əslində, bu işdə özlərinə inanmadıqlarını ortaya qoyurlar.

- Bəs bu kimi yalanlardan qurtulmaq üçün nə etmək lazımdır?

- Erməni diasporasına qarşı yürütdüyümüz bu mücadiləyə qarşı ilk öncə özümüz inanacağıq, sonra da başqalarını inandıracağıq. Türkiyə və Azərbaycan diaspor təşkilatları göstərişlə və özlərini aldadan fəaliyyətlə deyil, ciddi iş birliyi ortaya qoymalı və birlikdə fəaliyyət göstərməlidirlər.

Azərbaycandakı diaspora təşkilatları bilməlidir ki, Türkiyə bu mücadilədə məğlub olarsa, Azərbaycanın həyata keçirdiyi bütün fəaliyyətlər boşa çıxacaq. Ermənistanla sərhədlər açılacaq, bundan sonra ermənilər rahat nəfəs alacaqlar. Onun üçün Azərbaycan və Türkiyədəki diaspor təşkilatları ortaq çalışmaq məcburiyyətindədirlər. Ancaq ciddi təşkilatlarla nəsə iş görmək olar. Artıq ermənilər Türkiyədə yeni bir maqazin qəzeti çıxarmağa başlayıblar. Erməni partiarxı Aram Ateşyan Türkiyədəki bütün gizli sənədlərlə kimliklərini saxlayan ermənilərə ortaya çıxmaları ilə bağlı bəyanat verib.

- Sizcə, bu deməkdir?

- Ermənilər 2015-ci ilə qədər, yəni 2 il içərisində Türkiyədə ciddi və qorxusuz bir fəaliyyət həyata keçirəcəklər. Bütün diaspor təşkilatları buna hazırlıqlı olmalıdırlar. Güney Azərbaycan türkü olan prof. Hüseyin Hatemi Taksimdə oturub erməniləri dəstəkləyib. Bundan nəticə çıxarmaq lazımdır. ASİM-DER və Beynəlxalq Diaspor Mərkəzi olaraq, biz ciddi çalışmalar həyata keçirəcəyik.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1179 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed