Şrift:
Pentaqon: ABŞ Suriya müxalifətinə silah tədarükü məsələsi üzrə mövqeyinə yenidən baxa bilər
03.05.2013 [10:17] - Xəbərlər, Hərb
ABŞ Suriya müxalifətinə silah tədarükü məsələsi üzrə mövqeyinə yenidən baxa bilər."Assoşieyted Press" agentliyi məlumat verir ki, bunu ABŞ-ın müdafiə naziri Çak Heygel deyib.
Heygel bildirib ki, ABŞ hökuməti Suriya münaqişəsinə münasibətdə müxtəlif imkanları nəzərdən keçirir.
"Üsyançıların silahlandırılması - bu, variantdır. Biz variantları gözdən keçirməkdə davam edirik", - o deyib.
Bununla yanaşı, nazir qeyd edib ki, bu məsələ üzrə son qərar qəbul edilməyib və o, şəxsən müxalifətin silahla təchiz edilməsinin müdrik addım olub-olmadığına hələ qərar verməyib.
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed