11.11.2011 [10:27] - İqtisadiyyat
Bu ilin oktyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 626,784 min ton Azərbaycan nefti nəql olunub. Bu, sentyabr ayına nisbətən 4,2% çox, ötən ilin oktyabrına nisbətən 18% azdır.
Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumata görə, ümumilikdə, bu ilin yanvar-oktyabr aylarında BTC kəməri ilə 27 908,692 min ton neft ötürülüb. Ötən ilin ilk 10 ayına nisbətən bu göstərici 10,5% azalıb.
Ümumiyyətlə, BTC kəməri istifadəyə verilən gündən 2011-ci il noyabrın 1-ə qədər bu xətlə 171 464,634 min ton neft vurulub. Bundan başqa, cari ilin oktyabr ayında BTC kəməri ilə 172,2 min ton Türkmənistan nefti nəql olunub. Kəmərlə Türkmənistan neftinin nəqli sentyabr ayına nisbətən 11,6% artıb.

Bu xəbər oxucular tərəfindən 2134 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |