Şrift:
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub
03.05.2013 [12:10] - Xəbərlər
Nümayəndəliyə isveçli diplomat Malena Mard rəhbərlik edəcək. Müvafiq təyinat dünən Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton tərəfindən imzalanıb.

Malena Mard hazırda İsveç Xarici İşlər Nazirliyində Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktoru vəzifəsində çalışır. O bundan əvvəl ölkəsinin Sankt-Peterburq, Dəkkə və Brüsseldəki nümayəndəliklərində çalışıb. Malena Mard bu postda Roland Kobianı əvəzləyəcək.
Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed