03.05.2013 [13:55] - Güney Azərbaycan xəbərləri, Hüquq
Məsələ BMT-də müzakirə olunacaq
Fars-molla rejiminin yenidən rəsmi Bakıya yönəlik "Türkmənçay müqaviləsi məsələsinə qayıdarıq" kimi hədələrə baş vurması, onun özünə baha başa otura bilər. Bu barədə əslən Güney Azərbaycandan olan soydaşlarımız adından yayılan müraciətdə deyilir.
Müraciət müəllifləri bildirirlər ki, əslində bu müqavilənin müddətinin başa çatmasını Azərbaycan türkləri ictimailəşdirməlidir: "Artıq bu yöndə Güney Azərbaycanın bir qrup ziyalısı hərəkətə keçibr və Birləşmiş Millətlər Təşkilatına müraciət hazırlanır. Müraciətin məğzi bundan ibarətdir ki, 200 il əvvəl Azərbaycan torpaqları ikiyə bölünüb və həmin müqavilə rəsmən bitdiyindən etibarsızdır.
Biz eyni zamanda BMT-dən tələb edəcəyik ki, məhz bu səbəbdən həm Güney Azərbaycan ərazisində yaşayan Azərbaycan türkləri arasında və həm də Quzey Azərbaycanda referendumun keçirilməsinə dəstək verilsin. Bu referenduma qatılanlar hər iki Azərbaycanın yenidən birləşib-birləşməməsinə münasibətlərini açıqlayacaq".
Müraciət müəllifləri bildirir ki, yaxın günlərdə belə bir sənəd BMT-yə göndəriləcək.

Bu xəbər oxucular tərəfindən 3111 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |